Bakı və Naftalanda yeni bağçalar fəaliyyətə başlayacaq
“Bağça infrastrukturunun genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Bildiririk ki, 2025-2026-cı tədris ilindən paytaxtın Yasamal rayonunda 351, eləcə də Naftalan rayonunda 2 nömrəli məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayacaq”.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) “Azərbaycan müəllimi”nə verilən məlumata görə, bununla yanaşı, cari ilin may-iyul aylarında Masallı rayonunun Ərkivan qəsəbə 2 nömrəli və Cəbrayıl şəhəri körpələr evi-uşaq bağçası istifadəyə verilib.
Bildiririk ki, qeyd edilən təhsil müəssisələri üzrə 255 uşağın məktəbəqədər təhsilə cəlb olunması gözlənilir. Bu istiqamətdə işlər davam etdirilir. Növbəlilik və prioritetlik prinsipi əsasında yeni məktəbəqədər təhsil müəssisələri inşa edilir.



