BANM tələbələri qələbə qazanıblar
SOCAR-ın həyata keçirdiyi “Smart Urbanization Capstone” yarışında BANM-in iki komandası I və II yerləri qazanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, 156 komandanın müraciət etdiyi yarışda finala yüksələn 6 komanda arasında yer alan BANM-in “KÖKSOY” komandası I, “CitraGel” komandası isə II yerə layiq görülüb.
“KÖKSOY” komandasının üzvləri, Kimya mühəndisliyi ixtisasının III kurs tələbələri:
▪️ Aysun Pirxiyeva;
▪️ Aysu Rzayeva;
▪️ Ləman Qəhrəmanzadə;
▪️ Əsmər Eyvazlı.
“CitraGel” komandasının üzvləri, Kimya mühəndisliyi ixtisasının V kurs tələbələri:
▪️ Səbinə Qasımova;
▪️ Lalə Məhəmmədova;
▪️ Nəzrin Əhmədova;
▪️ Ayişə Baxşıyeva.
Hər iki komandanın mentoru Kimya mühəndisliyi kafedrasının baş müəllimi Qərənfil Əhmədovadır.




