Beyləqan məktəbinin müəllimi sertifikatlaşdırma imtahanında 60 bal topladı

25 İyun, 2025 - 12:57
Beyləqan məktəbinin müəllimi sertifikatlaşdırma imtahanında 60 bal topladı
Beyləqan məktəbinin müəllimi sertifikatlaşdırma imtahanında 60 bal topladı

Mil-Muğan Regional Təhsil İdarəsi üzrə sertifikatlaşdırmanın test imtahanı mərhələsi davam edir. İmtahan Beyləqan şəhəri Fərman Hacıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilir. 

"Azərbaycan müəllimi" xəbər verir ki, imtahanın sonuncu günündə Beyləqan rayonu Akademik Mehdi Mehdizadə adına 3 nömrəli tam orta məktəbin fizika müəllimi Ruhiyyə Əliyeva 60 bal toplayıb.