Ceyhun Bayramov: Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır
Kadr hazırlığı çərçivəsində Hindistandan Azərbaycandakı universitetlərə və digər ali təhsil müəssisələrinə 500-ə yaxın tələbə qəbul olunub.
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir humanitar əməkdaşlığa toxunaraq, 30-dan çox Hindistan filminin Azərbaycanda çəkildiyini də qeyd edib.




