Dmitro Şlapaçenko: BMT agentliklərinin əməkdaşları Qarabağ Universitetində məruzələrlə çıxış edə bilərlər

23 Oktyabr, 2026 - 13:58
Dmitro Şlapaçenko: BMT agentliklərinin əməkdaşları Qarabağ Universitetində məruzələrlə çıxış edə bilərlər

Sabah BMT öz yaranmasını qeyd edəcək, amma biz qərara gəldik ki, bu əlamətdar hadisəni bu gün Qarabağda qeyd edək və bugünkü strateji dialoq rəmzi məna daşıyır.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Xankəndidə jurnalistlərə müsahibəsində BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko deyib.

“Bu gün burada BMT-nin müxtəlif agentliklərin nümayəndələri iştirak edir. Azərbaycan hökumətində peşəkar mütəxəssislər çalışır və ölkənin regionun inkişafı ilə bağlı gözəl baxışları var. BMT bu məsələdə Azərbaycanla öz təcrübəsini bölüşməyə hazırdır. BMT, həmçinin Qarabağ Universitetini dəstəkləməyə də hazırdır. Biz təklif etdik ki, gələn ilin yanvar ayından başlayaraq BMT agentliklərinin əməkdaşları Qarabağ Universitetində məruzələrlə çıxış etsinlər. Düşünürük ki, universitetin inkişafı region üçün çox vacibdir. Biz Qarabağ regionunda öz fəaliyyətimizi inkişaf etdirmək niyyətindəyik”, - deyə o bildirib.