"Gələcəyini Qur!” layihəsinə qeydiyyat müddəti uzadıldı

10 İyun, 2025 - 10:11
"Gələcəyini Qur!” layihəsinə qeydiyyat müddəti uzadıldı

"Gələcəyini qur!” layihəsinin iştirakçı qəbuluna qeydiyyat davam edir.

“Azərbaycan müəllimi” xəbər verir ki, universitetə qəbul üçün əlavə dəstəyə ehtiyacı olanlar layihəyə müraciət edə bilərlər.

1 il ərzində ödənişsiz:

  • fənn hazırlıqları;
  • psixoloq dəstəyi;
  • ixtisas seçimi;
  • inkişafetdirici fəaliyyətlər;
  • yoldaşlıq, dəstək və motivasiya dolu bir mühit.

Kim müraciət edə bilər?

  • Bu ilin sentyabr ayında 11-ci sinifdə oxuyacaq şagirdlər;
  • Azərbaycan bölməsi; I, II, III və IV ixtisas qrupları üzrə hazırlaşan;
  • Oxumağa, inkişaf etməyə və tələbə adını qazanmağa motivasiyası olan şagirdlər;
  • Bakı şəhərində yaşayan və sosial cəhətdən həssas ailədən olan şagirdlər.

 Son müraciət tarixi: 15 iyun

Qeydiyyatdan üçün bu linkə keçid edə bilərsiniz.

"Gələcəyini Qur!” layihəsinə qeydiyyat müddəti uzadıldı
"Gələcəyini Qur!” layihəsinə qeydiyyat müddəti uzadıldı