İcma əsaslı məktəbəqədər təhsil qruplarına 1 909 uşaq cəlb olunub

22 İyun, 2026 - 12:22
İcma əsaslı məktəbəqədər təhsil qruplarına 1 909 uşaq cəlb olunub

2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 53 ümumi təhsil və 5 məktəbəqədər təhsil müəssisəsində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi həyata keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu təhsil müəssisələrində 116 icma əsaslı məktəbəqədər təhsil qrupuna 1 909 uşaq cəlb olunub.