LDU tələbələrinin yetişdirdiyi meyvələr uşaq evlərinə paylanıb

23 Oktyabr, 2026 - 16:39
LDU tələbələrinin yetişdirdiyi meyvələr uşaq evlərinə paylanıb

Lənkəran Dövlət Universitetinin (LDU) Aqrar və mühəndislik fakültəsinin tələbələri aqrar tədris təcrübə bazasında yetişdirdikləri 1 tondan artıq sitrus meyvəsini Bakı və Bakıətrafı ərazilərdə yerləşən 8 uşaq evi sosial xidmət müəssisəsinə göndəriblər.

"Azərbaycan müəllimi" xəbər verir ki, artıq 3 ildir ənənəvi olaraq həyata keçirilən bu xeyriyyə təşəbbüsü tələbələrdə sosial məsuliyyət hissinin gücləndirilməsinə, uşaqlara diqqət və qayğının göstərilməsinə xidmət edir. Sovqat olaraq göndərilən meyvələr aqrar yönümlü ixtisaslarda təhsil alan tələbələrin öz əməyi ilə yetişdirilib.

Sosial xidmət müəssisələrinin rəhbərləri göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə və tələbələrə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, LDU-nun 2,7 hektarlıq aqrar tədris təcrübə bazasında limon, naringi, portağal, kivi, feyxoa və digər meyvələr yetişdirilir.