Milyonlarla vakansiyanı oxuyub, gələcəyin peşələrini müəyyənləşdirir
İngiltərədə süni intellekt əmək bazarını analiz edərək gələcəkdə hansı peşələrə ehtiyac yaranacağını əvvəlcədən müəyyənləşdirir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) "Süni intellektlə peşə təhsili və təliminin inkişafı" hesabatında öz əksini tapıb.
Hesabatda qeyd olunur ki, İngiltərədə istifadəyə verilən "SkillsCompass" platforması süni intellekt və təbii dil emalı texnologiyalarından istifadə etməklə real vaxt rejimində iş elanlarını, peşə standartlarını və gələcək bacarıq tendensiyalarını təhlil edir.
Platforma əldə olunan nəticələr əsasında yeni bacarıqları müəyyənləşdirir və peşə təhsili proqramlarının yenilənməsi ilə bağlı tövsiyələr hazırlayır. OECD bu sistemi peşə təhsilində süni intellektin ən qabaqcıl tətbiqlərindən biri kimi qiymətləndirir.




