Naxçıvana gələn şagirdlərin sayı artıb
“Naxçıvan Muxtar Respublikasından ölkənin digər məktəblərinə gedən şagirdlərin sayı 2024–2025-ci tədris ilində 1 058 nəfər, 2025–2026-cı tədris ilində isə 960 nəfər olub. Burada 98 nəfərlik azalma müşahidə edilib”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Naxçıvanda keçirilən təhsil işçilərinin sentyabr konfransında Naxçıvan MR-in Təhsil Nazirliyi Aparatının şöbə müdiri Məmməd Bayramov deyib.
Şöbə müdiri bildirib ki, ölkənin digər məktəblərindən Naxçıvana gələnlərin sayı isə 934-dən 1 086 nəfərə yüksələrək 152 nəfərlik artım qeydə alınıb: “Bu iki göstəricini birlikdə qiymətləndirdikdə xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, gedənlərin sayı azalarkən, Naxçıvana gələnlərin sayı artıb. Əvvəlki illə müqayisədə yerdəyişmə balansında Naxçıvanın xeyrinə müsbət dinamika formalaşıb”.




