Naxçıvana yağan ilk qar davamiyyətə necə təsir etdi?
Naxçıvan Muxtar Respublikasının ucqar dağ kəndlərinə yağan ilk qar şagirdlər tərəfindən sevinclə qarşılanıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, qarın yağması məktəblərdə şagirdlərin davamiyyətinə təsir etməyib. Muxtar Respublikadakı bütün məktəblər istilik sistemi ilə təchiz edilib, valideynlərin istilik təminatı ilə bağlı heç bir şikayəti qeydə alınmayıb.


