Naxçıvanda 16 təhsil müəssisəsi rəhbəri işdən çıxarılıb

4 Noyabr, 2024 - 17:43

Cari tədris ilində Naxçıvanda 16 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad olunub, 33 direktora xəbərdarlıq edilib, töhmət və şiddətli töhmət verilib

Bu məlumat "Azərbaycan müəllimi"nə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən verilib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və rayon (şəhər) Təhsil şöbələrinin monitorinq qrupları tərəfindən tədris ilinin başlanğıcından bu günə kimi ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili vəziyyəti, tədris-pedaqoji sənədləri yoxlanılıb və bir sıra məktəblərdə nöqsanlar aşkar olunub.  

Monitorinqlər nəticəsində işlərində yol verdiyi nöqsanlara  görə 13 məktəb, 1 məktəbdənkənar təhsil müəssisəsinin direktoru, 2 bağça müdiri vəzifəsindən azad olunub, 15 direktora xəbərdarlıq, 15 direktora şiddətli töhmət, 3 direktora isə  sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilib.