3 dekabr 2024

Bütün xəbərlər
test
5 oktyabr, 11:05
91

Əgər peşəni sevirsənsə, qarşılaşdığın heç bir maneə, çətinlik səni bu yoldan döndərə bilmir. Peşəni sevmək getdiyin bütün yerləri işıqlandırmaqdır.

“Azərbaycan müəllimi”nin növbəti müsahibi Daşkəsən rayon Zəylik kənd tam orta məktəbinin ingilis dili müəllimi Zamin Məmmədovdur. 

Zamin müəllim həftənin 5 günü Göygöldən Daşkəsənin ucqar kəndinə 86 km qət edərək gedir. Gənc müəllim həm də Bakı Avrasiya Universitetinin regionşünaslıq ixtisası üzrə tələbədir. 

- Zamin müəllim, özünüzü oxuculara təqdim edə bilərsinizmi?

- Mən, Məmmədov Zamin Şakir oğlu 1987-ci ildə Göygöl rayonu Üçtəpə kəndində anadan olmuşam. Orta təhsilimi Göygöl şəhər Üçtəpə kənd Ərşad Məmmədov adına orta məktəbdə aldım. 2008-ci ildə Ağdaş Dövlət Humanitar Kollecinin ingilis dili ixtisasına qəbul olundum. Kollecdən məzun olduqdan sonra 2011-ci ildə Müəllimlərin işə qəbulu imtahanından uğur qazanaraq Daşkəsən rayonu Alaxançallı kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə başladım. 1 ildən sonra Hacıkənddə yerləşən Xocalı rayonu Əli Kərim adına Başkənd tam orta məktəbində fəaliyyət göstərdim. 2015-ci ildə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi ilə Göygöl rayon Danayer kənd ümumi orta məktəbinə gəldim. 2 ildən sonra təkrar yerdəyişmə ilə hazırda işlədiyim Daşkəsən rayon Zəylik kənd tam orta məktəbində ingilis dili müəllimliyinə qəbul olundum.

- Göygöldə yaşadığınız halda yenidən iş yerinizi Daşkəsən məktəbinə dəyişməyə səbəb nə oldu?

- Həmin məktəbdə daha çox faydalı olacağımız düşündüyüm üçün bura yerdəyişmə etdim. Düşünürəm ki, müəllim harada ona daha çox ehtiyac varsa, orada olmalıdır. 

- 86 km yolu həftənin 5 günü qət etməyiniz işinizə bağlılıqdan irəli gəlir. Ucqar kənd məktəbinin müəllimi olmaq necə hissdir?

- Çətin olmağıyla bərabər qürurvericidir. Yolun 14 kilometrinin tamamilə yarasız olduğunu nəzərə alsaq, gedib gəlmək çox çətindir. Amma sinfə daxil olub, şagirdlərin gözündəki sevgini görəndə insan bütün çətinlikləri unudur. 

- Kənd məktəblərində ingilis dilinə şagirdlər tərəfindən maraq necədir və dərslərinizi daha maraqlı etmək üçün hansı üsullardan istifadə edirsiniz?

- Kənd məktəbində ingilis dilinə maraq yüksək səviyyədədir. Dərs dediyim otaqda xüsusi qurğularla, proyektor, kompyuter və müasir İKT vasitələrindən istifadə etdiyim üçün uşaqlar daha çox maraq göstərirlər. Oyun kartları ilə, əyləncəli üsullarla dərs dediyimə görə, ingilis dilini sevərək öyrənirlər.

- Müəllimlikdən başqa asudə vaxtlarınızı necə dəyərləndirisiniz?

- Boş vaxtlarımda araşdırmalar edirəm. Voleybol oynamağı sevirəm. Tətil günlərində Azərbaycan Sakutlar Assosiasiyasının təşkil etdiyi düşərgələrdə iştirak edirəm. Həmçinin Azərbaycanda 2013-cü ildən düşərgələrin təşkilatçısı qismində iştirak etmişəm. Və dünyanın müxtəlif ölkələrindəki konfrans, tədbir və düşərgələrə həm təşkilatçı, həm də iştirakçı olaraq qatılmışam.

- Hansı ölkələrdəki konfrans və düşərgələrdə iştirak etmisiniz?

- Litva, Türkiyə, Polşa, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, İngiltərə, Finlandiya, İtaliya, Ukrayna, Almaniyada olmuşam. 2016-cı ildə İngiltərədə 3 ay Skaut məktəbində fəaliyyət göstərmişəm. Orada öyrəndiyim yeni metodlardan oyunlar təşkil edirəm. Hansı ki, məktəblərimizdə bu üsullardan istifadə olunmur. Qeyri-formal təhsil metodlarını istifadə edərək interaktiv oyunlar təşkil olunur. Bunların da əksəriyyətini beynəlxalq konfranslardan öyrənmişəm. 3 ay Londonda yaşamışam. Orada çəkdirdiyim şəkilləri şagirdlərimə göstərirəm. Xarici ölkələrin mədəniyyəti onlarda maraq doğurur.

- Fərq yaradan müəllim olmaq üçün nə etməklazımdır?

- Fərq yaradan müəllim olmaq üçün ilk növbədə dərsləri interaktiv təşkil etmək lazımdır. Çalışmaq lazımdır ki, pedaqoji kollektivdə hörmət qazanasan. Yeniliklər gətirmək lazımdır. Yeni oyunlar, yeni ideyalar, yeni yanaşmalar ortaya qoymaq və daim pozitiv olmaq lazımdır.

- Sosial və ictimai fəal müəllim olaraq şagirdlərinizə gələcək peşə seçimləri üçün hansı bacarıqlara sahib olmalarını məsləhətləri görərdiniz?

- Şagirdlərə tövsiyəm o olardı ki, XXI əsr özü ilə bərabər yeni reallıqlar gətirir. Bu da o deməkdir ki, şagirdlər bu əsrin bilik və bacarıqlarına yiyələnməlidirlər. Kommunikasiya qura bilməlidirlər. Həm nəzəri, həm praktiki bacarıqlara sahib olmalıdırlar. Yalnız nəzəri biliklər olsa, praktika olmasa, nələrəsə nail olmaq çətin olacaq.

- Kənd məktəbində müəllim olmağın müsbət və mənfi cəhətləri nələrdir?

- Müsbət tərəfi odur ki, kənd sakinləri, şagirdlər sizi qəhrəman kimi görürlər. Mənfi cəhəti isə şəraitsizlik, xüsusilə də, mənim işlədiyim kəndin yolunun yaxşı vəziyyətdə olmasıdır.

- Bir çox qeyri-formal təhsil metoduna əsaslanan beynəlxalq kursların iştirakçısı olmusunuz. Sizcə, XXI əss bacarıqlarını məktəblərimizdə şagirdlərə nə dərəcədə öyrədə bilirik?

- Son dövrlərdə qeyri-formal təhsil önəmli mövqedədir. Artıq şagirdlərə yalnız məktəb daxili öyrədilən bacarıqlar yox, əlavə yeni əsrin tələb olunan bilik və bacarıqlarını tədris edən təhsilə keçid etməliyik. Qeyri-formal təhsil metodunun təbliği müəyyən məktəblərdə var, hansılar ki, şəhər məktəblərinin bəzilərində icra olunur. Amma ümumillikdə qeyri-formal təhsilin təbliği ilə bağlı konkret olaraq böyük işlər görülməyib.  

- Müəllim yoldaşlarınıza deyəcək fikirləriniz varmı?

- Müəllim yoldaşlarıma onu deyərdim ki, yer üzərində müəllim adından yüksək ad yoxdur. Ona görə də mən Azərbaycan müəllimi olmaqdan qürur duyuram. İşlərində yaradıcı olsunlar, daim məktəbə öz pozitiv enerjilərini aparsınlar, çalışsınlar ki, məktəbdə xoş öyrənmə mühiti formalaşsın. Həmçinin, uşaqlar üçün məktəbi cəlbedici yer etmələri də önəmlidir. Birinci öz əhvallarını yaxşı tutsunlar, sonra da şagirdlərin dərs mühitini maraqlı, interaktiv təşkil etsinlər. Hər zaman gələcəyin müsbət, pozitiv nəticələr gətirəcəyinə inansınlar, öz şagirdlərinə bildikləri bütün bacarıqları ötürsünlər. 

Aişə MƏMMƏDOVA,

Qazax-Tovuz regionu üzrə təmsilçi

 

Xəbər lenti

3 dekabr, 19:29
13

Özbəkistanda havadan su əldə etmək üçün texnologiya tətbiq ediləcək

3 dekabr, 18:36
16

Rusiya xərçəngə qarşı vaksini 2025-ci ildə sınaqdan keçirəcək

3 dekabr, 16:59
47

Naxçıvanın Təhsil Nazirliyində və rayon təhsil şöbələrində yeni təyinatlar olub

3 dekabr, 16:56
126

Yeni ixtisaslar yaradıldı, bəziləri ləğv olundu – Təfərrüat

3 dekabr, 16:10
14

ADMİU-nun rəssam müəllimləri beynəlxalq müsabiqənin qalibi olublar

3 dekabr, 15:39
18

Arxeoloqlar Antarktidada qədim şəhərin xarabalıqlarını tapıblar

3 dekabr, 15:25
23

Naxçıvan məktəblərindəki 84 vakant yer üzrə sənəd qəbuluna başlanılıb

3 dekabr, 15:21
36

SABAH tələbə-məzun forumu və karyera sərgisi keçirilib

3 dekabr, 14:51
22

Kardiff Universitetinin yeni kəşfindən sonra kimya dərslikləri yenidən yazılmalıdır

3 dekabr, 14:34
24

Kanadada süni intellekt sahəsində uğurlara imza atan azərbaycanlı: "Günahın kimdə olduğu bilinmirdi"

3 dekabr, 14:33
55

Mehriban Vəliyeva: “Psixoloqların da sertifikatlaşdırılması vacibdir”

3 dekabr, 14:24
50

Dərsə maraq oyadan “qarmaq”

3 dekabr, 14:15
120

Naxçıvan Dövlət Universitetinə rektor təyin olunub – SƏRƏNCAM

3 dekabr, 14:00
28

Sağlamlıq imkanları məhdud uşaqların məhdudiyyətsiz təhsil imkanları 

3 dekabr, 13:48
13

Tümen Dövlət Universiteti ilə Botanika İnstitutu arasında memorandum imzalanıb

3 dekabr, 13:01
23

Zəfərin elm və təhsil təntənəsi

3 dekabr, 12:59
56

Füzuli məktəblisi beynəlxalq riyaziyyat olimpiadasında qızıl medal qazandı

3 dekabr, 12:46
44

Gəncənin uşaq rəqs ansamblı Çempionlar Kubokunun qalibi olub

3 dekabr, 12:45
26

Həssas məkan - Uşaq və Ailələrə Dəstək Mərkəzindən REPORTAJ

3 dekabr, 12:43
181

Ali təhsil səviyyələri üzrə ixtisasların yeni Təsnifatı təsdiqlənib

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.