Bütün xəbərlər
5 dekabr, 14:43

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə Dövlət Universitetində (GDU) tələbələrin iştirakı ilə “Sağlam həyat tərzinin təbliği” mövzusunda tədbir təşkil edilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə çıxış edən GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva narkomaniyanın cəmiyyət üçün yaratdığı ciddi təhlükələrdən və onun insan sağlamlığına vurduğu ağır zərərlərdən danışıb. Prorektor gənclərin sağlam həyat tərzini seçməsinin vacibliyini və milli-mənəvi dəyərlərə bağlılığın bu istiqamətdə mühüm rol oynadığını qeyd edib.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktor müavini Yalçın Babayev çıxışında narkotik vasitələrdən istifadənin insan həyatı üçün təhlükəsindən söz açıb. Gənclərin bu istiqamətdə mütəmadi maarifləndirilməsinin vacibliyini bildirib.

Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xalidə Mete məişət zorakılığı mövzusuna toxunub. Bu cür halların qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsinin dövlətimizin siyasətində bu gün də ən mühüm prioritetlərdən biri olduğunu qeyd edib.

Həkim-terapevt Aysel Əliyeva isə çıxış edərək, müasir dövrdə gənclərin zərərli vərdişlərdən qorunmasının olduqca vacibliyindən danışıb. Tədbir iştirakçılarına sağlam həyat tərzinin əsas komponentləri haqqında məlumat verən A.Əliyeva yeniyetmə və gəncləri sağlam həyat tərzinin normalarına riayət etməyə və zərərli vərdişlərdən uzaq durmağa çağırıb.

Gəncə şəhər Narkoloji Dispanserinin əməkdaşı Nurlana Rəhimova da narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən danışaraq, şəxsiyyətin formalaşması üçün cəmiyyətin nə qədər önəmli faktor olduğunu və bu sahədə ictimai maarifləndirmə işlərinin əhatəsinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının hüquqşünası Hadı Hüseynov ölkəmizdə məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, məişət zorakılığına qarşı mübarizə sahəsində atılan addımlar barədə ətraflı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

1 /5

Xəbər lenti

4 fevral, 18:55

2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub 

4 fevral, 17:44

Uşaqlar rol-modellərini necə seçirlər?

4 fevral, 17:40

Uşaqları ekran qarşısından uzaqlaşdırmaq üçün “meşə məktəbləri” yanaşması 

4 fevral, 17:33

Ümumi təhsil müssisələrində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib

4 fevral, 17:21

Şirvan-Salyan regionunda 4 məktəb üçün yeni bina tikilir 

4 fevral, 17:17

Süni intellekt fundamental fizikada inqilab edə bilər

4 fevral, 16:51

Doktorantura birpilləli olarsa, elm daha da gəncləşəcək - Mütəxəssis

4 fevral, 16:36

“Post-it” pedaqogikası 

4 fevral, 16:31

Liderlik qabiliyyətinin inkişafı şagirdlərin sosial-ictimai həyatına necə təsir edir?

4 fevral, 16:05

Məşğulluq imkanlarını artırmaq üçün tələbələrin ehtiyacı olan 5 bacarıq

4 fevral, 15:48

Nəzakət Mehdiyeva: Müəllim üçün ən yaxşı öyrənmə metodu “dərsin qeybətini etmək”dir

4 fevral, 15:43

Arxeoloqlar 1300 illik artefakt tapıblar 

4 fevral, 15:40

Mikroplastiklər yediyimiz qidalarda, içdiyimiz suda, hətta aldığımız havada mövcuddur - TƏDQİQAT

4 fevral, 15:03

Məktəblərdə davranış problemlərinin həllində cərimələr rol oynaya bilər?

4 fevral, 14:53

Şagirdlər üçün fövqəladə hallarla bağlı təlimlər keçirilib

4 fevral, 14:48

Hərbi xidmətini intellektual qabiliyyətli bölmələrdə keçirmək istəyənlərin nəzərinə!

4 fevral, 14:40

Summativ və formativ qiymətləndirmə sistemləri arasındakı əsas fərq nədir?

4 fevral, 14:36

Fizikanın tədrisində yeni təhsil texnologiyalarından istifadə

4 fevral, 14:09

Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub

4 fevral, 14:07

Doktorant və dissertantlar üçün növbəti seminar keçirilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.