Gəncənin “Aqronavtlar” intellektual komandası ölkənin ən böyük bilik yarışlarından biri olan “İntellektual Klubların V Gənclər Liqası”nda regionlar üzrə çempion adını qazanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, final mərhələsi Bakı Konqres Mərkəzində baş tutan yarış Azərbaycan Gənclər Fondunun dəstəyi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib. Liqada 40-dan çox şəhər və rayondan 600-dən artıq komanda, ümumilikdə 5 minə yaxın gənc intellektual bacarığını yoxlayıb.
Seçim turlarının yekununda regionlardan 12, paytaxtdan isə 20 ən güclü komanda finala vəsiqə qazanıb. Final mərhələsinin nəticələrinə əsasən, Gəncə şəhərini təmsil edən “Aqronavtlar” komandası regionlar arasında çempion tituluna layiq görülüb.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)