Bütün xəbərlər
24 yanvar, 14:19

Azərbaycanda ilk dəfə 41 ümumi təhsil müəssisəsindən seçilmiş 650 məktəblinin iştirakı ilə “Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi”nin milli mərhələsinə rəsmi olaraq start verilib.

Bu barədə “Azərbaycan müəllimi”nə Azərbaycan Kosmik Agentliyi - “Azərkosmos”dan məlumat verilib. Bildirilib ki, müsabiqə “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Təhsil İnstitutunun, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, “Paşa Holdinq”in, Braziliya Kosmik Agentliyinin və Braziliyanın “IDEIA Space” şirkətinin dəstəyi ilə həyata keçirilir.

Açılış mərasimində müsabiqəyə qatılan məktəblilər, beynəlxalq tərəfdaşlar, məktəb direktorları, fasilitator müəllimlər və layihə koordinatorları iştirak ediblər. İştirakçılara müsabiqənin məqsəd və hədəfləri, mərhələlər üzrə iştirak qaydaları, tapşırıqların icra və təsdiq olunma prosesləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, müsabiqə məktəblilərin kosmik texnologiyalara olan marağını artırmaq, elmi və praktiki bacarıqlarını inkişaf etdirmək və innovativ düşüncə qabiliyyətlərini gücləndirmək məqsədi daşıyır. Müsabiqədə Azərbaycan məktəblilərindən ibarət komandalar öz model peyklərini hazırlayacaqlar.

Müsabiqənin milli mərhələsi 2025-2026-cı tədris ilini əhatə edəcək və 3 əsas mərhələdən ibarət olacaq.

1 /3

Xəbər lenti

4 fevral, 18:55

2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub 

4 fevral, 17:44

Uşaqlar rol-modellərini necə seçirlər?

4 fevral, 17:40

Uşaqları ekran qarşısından uzaqlaşdırmaq üçün “meşə məktəbləri” yanaşması 

4 fevral, 17:33

Ümumi təhsil müssisələrində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib

4 fevral, 17:21

Şirvan-Salyan regionunda 4 məktəb üçün yeni bina tikilir 

4 fevral, 17:17

Süni intellekt fundamental fizikada inqilab edə bilər

4 fevral, 16:51

Doktorantura birpilləli olarsa, elm daha da gəncləşəcək - Mütəxəssis

4 fevral, 16:36

“Post-it” pedaqogikası 

4 fevral, 16:31

Liderlik qabiliyyətinin inkişafı şagirdlərin sosial-ictimai həyatına necə təsir edir?

4 fevral, 16:05

Məşğulluq imkanlarını artırmaq üçün tələbələrin ehtiyacı olan 5 bacarıq

4 fevral, 15:48

Nəzakət Mehdiyeva: Müəllim üçün ən yaxşı öyrənmə metodu “dərsin qeybətini etmək”dir

4 fevral, 15:43

Arxeoloqlar 1300 illik artefakt tapıblar 

4 fevral, 15:40

Mikroplastiklər yediyimiz qidalarda, içdiyimiz suda, hətta aldığımız havada mövcuddur - TƏDQİQAT

4 fevral, 15:03

Məktəblərdə davranış problemlərinin həllində cərimələr rol oynaya bilər?

4 fevral, 14:53

Şagirdlər üçün fövqəladə hallarla bağlı təlimlər keçirilib

4 fevral, 14:48

Hərbi xidmətini intellektual qabiliyyətli bölmələrdə keçirmək istəyənlərin nəzərinə!

4 fevral, 14:40

Summativ və formativ qiymətləndirmə sistemləri arasındakı əsas fərq nədir?

4 fevral, 14:36

Fizikanın tədrisində yeni təhsil texnologiyalarından istifadə

4 fevral, 14:09

Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub

4 fevral, 14:07

Doktorant və dissertantlar üçün növbəti seminar keçirilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.