1 fevralda ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında V Azərbaycan Astronomiya Olimpiadasının respublika turu keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb. Bildirilib ki, onlayn şəkildə keçirilən olimpiadada iştirak etmək üçün 1200 nəfərə yaxın şagird qeydiyyatdan keçib.
Təşkilat komitəsinin qərarına əsasən ümumi 100 baldan 75 bal və daha yuxarı toplayan iştirakçılar olimpiadanın final mərhələsinə vəsiqə qazanıb. Bakı Dövlət Universitetində keçiriləcək olimpiadanın final mərhələsində iştirak hüququ qazanan şagirdlərə yaxın günlərdə daha ətraflı məlumat veriləcək.
Qeyd edək ki, V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsinin qalibləri Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar. Hazırlıq dərsləri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən mərkəzdə təşkil olunacaq. Bundan əlavə “Həvəskar Astronomiya Cəmiyyəti” İB məktəblilərə teleskoplardan istifadə qaydaları ilə bağlı təlimlər təşkil edəcək.
V Azərbaycan Astronomiya Olimpiadası və XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir. Onu da bildirək ki, Azərbaycan komandası Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Təhsil İnstitutunun dəstəyi ilə iştirak edir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)