Bütün xəbərlər
14 noyabr, 10:43

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində fərdi kateqoriya üzrə qalib olmuş “Xəyallar düşərgədirsə, yollar əngəl deyil” adlı layihənin açılış tədbiri keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, Daşkəsən rayon Xoşbulaq kənd ümumi orta məktəbin direktoru Müşfiq Məmmədovun rəhbəri olduğu layihə çərçivəsində 4 gün ərzində davam edən düşərgə icra edilib. 

4 günlük düşərgədə hər gün sağlamlıq imkanları məhdud şagirdlər üçün psixoloq, sosial işçi və təlimçilər tərəfindən müxtəlif interaktiv oyunlar, inkişafetdirici və əyləncəli təlimlər, səhər sadə idman məşğələləri, eyni zamanda, müxtəlif terapiyalar (Art terapiyası, oyun terapiyası, rəqs terapiyası), iştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə əyləncəli proqram, maraqlı yaxınlıqda yerləşən təbiətə ekskursiya təşkil edilib.

Hər günün sonunda uşaqlar müvafiq olaraq inkişafetdirici cizgi filmi izləyiblər, akt zalında səhnə və rəqs təlimlərinə qatılıb, fərdi istedadın aşkarlanması məqsədilə onlar üçün təşkil olunan minidisko, talant-şouda iştirak ediblər.

Düşərgənin birinci günündə ekskursiya təşkil olunub. Ekskursiya Daşkəsən rayonunun Bayan kəndində yerləşən Çiçərvəng məbədi, Bazilika, Qədim körpüdə olublar. Tarixi abidələrlə yaxından tanış olan layihə iştirakçılarında çox təəssürat yaranıb.

1 /7

Xəbər lenti

4 fevral, 18:55

2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub 

4 fevral, 17:44

Uşaqlar rol-modellərini necə seçirlər?

4 fevral, 17:40

Uşaqları ekran qarşısından uzaqlaşdırmaq üçün “meşə məktəbləri” yanaşması 

4 fevral, 17:33

Ümumi təhsil müssisələrində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib

4 fevral, 17:21

Şirvan-Salyan regionunda 4 məktəb üçün yeni bina tikilir 

4 fevral, 17:17

Süni intellekt fundamental fizikada inqilab edə bilər

4 fevral, 16:51

Doktorantura birpilləli olarsa, elm daha da gəncləşəcək - Mütəxəssis

4 fevral, 16:36

“Post-it” pedaqogikası 

4 fevral, 16:31

Liderlik qabiliyyətinin inkişafı şagirdlərin sosial-ictimai həyatına necə təsir edir?

4 fevral, 16:05

Məşğulluq imkanlarını artırmaq üçün tələbələrin ehtiyacı olan 5 bacarıq

4 fevral, 15:48

Nəzakət Mehdiyeva: Müəllim üçün ən yaxşı öyrənmə metodu “dərsin qeybətini etmək”dir

4 fevral, 15:43

Arxeoloqlar 1300 illik artefakt tapıblar 

4 fevral, 15:40

Mikroplastiklər yediyimiz qidalarda, içdiyimiz suda, hətta aldığımız havada mövcuddur - TƏDQİQAT

4 fevral, 15:03

Məktəblərdə davranış problemlərinin həllində cərimələr rol oynaya bilər?

4 fevral, 14:53

Şagirdlər üçün fövqəladə hallarla bağlı təlimlər keçirilib

4 fevral, 14:48

Hərbi xidmətini intellektual qabiliyyətli bölmələrdə keçirmək istəyənlərin nəzərinə!

4 fevral, 14:40

Summativ və formativ qiymətləndirmə sistemləri arasındakı əsas fərq nədir?

4 fevral, 14:36

Fizikanın tədrisində yeni təhsil texnologiyalarından istifadə

4 fevral, 14:09

Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub

4 fevral, 14:07

Doktorant və dissertantlar üçün növbəti seminar keçirilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.