Bütün xəbərlər
6 noyabr, 09:54

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə 8 noyabr - Zəfər günü münasibətilə "Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirilib. Zəfərimizdə bu məktəbin də payı var.

Vətən müharibəsinin nişanəsi

Bu günün sevincini yaşayanlar həm də məktəbin ən ağır günlərinə şahid olanlardır. Düz dörd il bundan əvvəl, 2020-ci il oktyabrın 17-də Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə növbəti raket hücumu nəticəsində təhsil ocağı böyük dağıntı ilə üzləşdi. Elə o gündən etibarən yenisi tikilənə qədər təhsillərini başqa məktəbdə davam etdirən şagirdlər yeni məktəb binasının açılışını səbirsizliklə gözləyirdilər. 

Yeni məktəb binası, müasir təhsil sistemi, uğurlar

Nəhayət o gün gəldi... 2024-cü ilin fevralında istifadəyə verilən, 1068 şagirdin təhsil aldığı məktəb binasında müasir standartlara cavab verən sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, 2 STEAM otağı, kompüter və müəllimlər otaqları, hərbi kabinet, kitabxana, bufet və idman zalı yerləşir. Bundan başqa məktəbdə 360 yerlik akt zalı, qrim otağı, məktəbəhazırlıq otağı, müasir tələblərə cavab verən kitabxana da fəaliyyət göstərir. Məktəblilər də yaradılan şəraitdən stimul alaraq nailiyyət qazanırlar. 

Cari ildə Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığıyla keçirilən şahmat üzrə 14, 16 və 18 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatında məktəbin 11-ci sinif şagirdi Leyla Budaqova 9,5 xalla ikinci yeri sahiblənib.

“Ağıl qüvvət üçün sükandır”

Sanki dağılan binanın hər daşı Gəncə şəhər 29 nömrəli tam orta məktəbin müəllim və şagird heyətinə bir güc verib. Qüvvətlərini sınadıqları yarışlarda zəfər qazanaraq atılan mərmilərin cavabını veriblər. Məktəbin fəxrlərindən olan 9-cu sinif şagirdi Əli Əliyev 25-30 oktyabr tarixlərində Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında boks yarışlarının final görüşündə erməni boksçu ilə mübarizədə qızıl medal qazanıb. 

Ağlın gücündən istifadə edərək qüvvətlərini sınayan məktəblilərin daha bir görüşü XV Spartakiada oyunları proqramın daxil olan Gəncə-Daşkəsən RTİ-nin tabeliyində olan ümumtəhsil məktəblərinin komandaları arasında keçirilən "Mini futbol" yarışında oldu. 

45 məktəb arasından 29 nömrəli tam orta məktəbin komandası 1-ci yeri qazanıb. Uğurlar qazandıqca qüvvət alan bu təhsil ocağı vətənpərvər nəsil yetişdirməklə yanaşı, onların qələbələri ilə ölkəmizi dünyada tanıtdırmaqda davam edir.

1 /9

Xəbər lenti

4 fevral, 18:55

2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub 

4 fevral, 17:44

Uşaqlar rol-modellərini necə seçirlər?

4 fevral, 17:40

Uşaqları ekran qarşısından uzaqlaşdırmaq üçün “meşə məktəbləri” yanaşması 

4 fevral, 17:33

Ümumi təhsil müssisələrində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib

4 fevral, 17:21

Şirvan-Salyan regionunda 4 məktəb üçün yeni bina tikilir 

4 fevral, 17:17

Süni intellekt fundamental fizikada inqilab edə bilər

4 fevral, 16:51

Doktorantura birpilləli olarsa, elm daha da gəncləşəcək - Mütəxəssis

4 fevral, 16:36

“Post-it” pedaqogikası 

4 fevral, 16:31

Liderlik qabiliyyətinin inkişafı şagirdlərin sosial-ictimai həyatına necə təsir edir?

4 fevral, 16:05

Məşğulluq imkanlarını artırmaq üçün tələbələrin ehtiyacı olan 5 bacarıq

4 fevral, 15:48

Nəzakət Mehdiyeva: Müəllim üçün ən yaxşı öyrənmə metodu “dərsin qeybətini etmək”dir

4 fevral, 15:43

Arxeoloqlar 1300 illik artefakt tapıblar 

4 fevral, 15:40

Mikroplastiklər yediyimiz qidalarda, içdiyimiz suda, hətta aldığımız havada mövcuddur - TƏDQİQAT

4 fevral, 15:03

Məktəblərdə davranış problemlərinin həllində cərimələr rol oynaya bilər?

4 fevral, 14:53

Şagirdlər üçün fövqəladə hallarla bağlı təlimlər keçirilib

4 fevral, 14:48

Hərbi xidmətini intellektual qabiliyyətli bölmələrdə keçirmək istəyənlərin nəzərinə!

4 fevral, 14:40

Summativ və formativ qiymətləndirmə sistemləri arasındakı əsas fərq nədir?

4 fevral, 14:36

Fizikanın tədrisində yeni təhsil texnologiyalarından istifadə

4 fevral, 14:09

Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub

4 fevral, 14:07

Doktorant və dissertantlar üçün növbəti seminar keçirilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.