Rektor: 2030-cu ilə qədər tələbə sayının 20 minə çatdırılması planlaşdırılır

23 İyun, 2026 - 12:28
Rektor: 2030-cu ilə qədər tələbə sayının 20 minə çatdırılması planlaşdırılır

"Universitetdə hazırda təxminən 12 min tələbə təhsil alır və 2030-cu ilə qədər bu rəqəmin 20 minə çatdırılması planlaşdırılır”.

“Azərbaycan müəllimi" xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bu gün işə başlayan “Karyera sərgisi”nin açılışında deyib. 

Onun sözlərinə görə, tələbələrin 26 faizi Azərbaycanın müxtəlif bölgələrindən, təxminən 20 faizi isə xarici ölkələrdəndir və ümumilikdə 22 ölkəni əhatə edir".

Rektor bildirib ki, müasir dövrdə ali təhsil müəssisələrinin fəaliyyətinin əsas göstəricilərindən biri məzunların əmək bazarındakı uğurudur və bu göstərici universitetlərin inkişafında mühüm rol oynayır.