Retinanı aktivləşdirən oxuyub-anlama texnologiyası – Müəllimin pedaqoji gündəliyindən

7 İyul, 2026 - 09:23
Retinanı aktivləşdirən oxuyub-anlama texnologiyası

Müasir təhsil sistemində şagirdlərin oxuyub-anlama bacarığının inkişafı sadəcə mətni başa düşmək deyil, həm də düşünmə, analiz və tətbiqetmə bacarığı formalaşdırmaq məqsədi daşıyır. Son illər aparılan tədqiqatlar göstərir ki, beynin görmə mərkəzinin — retinanın aktivləşdirilməsi oxu zamanı diqqət və yaddaşın güclənməsində mühüm rol oynayır. Qısa olaraq retina haqqında məlumat versək, Retina-gözün arxa divarını örtən, işığa həssas və görmə hüceyrələrindən (çubuqlar və konuslar) ibarət olan ağ tabakadır. Bu hüceyrələr işığı elektrik siqnalına çevirir, bu siqnallar isə görmə siniri vasitəsilə beyinə göndərilərək görüntülərin yaranmasını təmin edir. Retina görmə prosesinin baş verdiyi ən vacib hissədir və onun sağlamlığı aydın görmək üçün zəruridir. Buna əsaslanaraq, dərslərdə oxuyubanlama prosesini vizual stimullar üzərindən qurmaq tədris nəticələrini xeyli yaxşılaşdırır. 

Əsas məqsəd şagirdlərin oxuyub-anlama bacarığını retina əsaslı vizual aktivləşmə metodları ilə inkişaf etdirməkdir. Bu yanaşma, mətni sadəcə oxumaq yox, onu vizual, rəng, hərəkət və işıq impulsları vasitəsilə beyində canlandırmağa yönəlib. Yenilik ondan ibarətdir ki, oxu prosesi vizual kodlaşdırma, rəng və forma yaddaşı, emosional təsir prinsiplərinə əsaslanır. 

Metodologiya 

•    Rəngli mətn və markerləşdirmə: Mətndə əsas ideyalar fərqli rənglərlə vurğulanır, beləliklə, retina müxtəlif rəng impulslarını qəbul edərək diqqət səviyyəsini artırır. 
•    Görsəl qrafiklər və konsept xəritələri: Oxunan mətndən sonra əsas anlayışlar vizual şəkildə təsvir edilir. 
•    İnteraktiv platformalar: Nearpod, Mentimeter və Canva kimi alətlər vasitəsilə oxunan mətnlər interaktiv test və vizual tapşırıqlarla müşayiət olunur. 
•    İşıq və hərəkət effektləri: Qısa videolar və animasiyalar vasitəsilə mətnin emosional təsiri gücləndirilir. 
•    Fəal oxu metodu: Şagirdlər oxuduqları mətnin vizual sxemini özləri quraraq həm göz, həm beyin, həm də emosional yaddaşı aktivləşdirirlər.
•    Oxuduğunu anlaması və yadında saxlaması üçün tanış olduğu məlumat haqqında suallara cavab tapması da şagirdə kömək edəcəkdir . Buna görə “ Suallar kubu” üsulundan istifadə edə bilərik. Qeyd edilən bütün metodlar real təcrübəmə əsaslanmış və nəticə əldə edilmişdi. Metodun tətbiqi zamanı şagirdlərimin: 
-    mətni qavrama və analiz etmə bacarığı 30–40% artmış, 
-    dərsə marağı və diqqət səviyyəsi yüksəlmiş, 
-    mətn üzrə yaradıcı tapşırıqları yerinə yetirmə göstəriciləri yaxşılaşmışdır. 
Tövsiyə olunur ki, bu üsul: 
-    digər fənnlərdə (musiqi , təsviri incəsənət, texnologiya ) də tətbiq edilsin; 
-    təhsil platformalarına retina əsaslı vizual tapşırıqlar əlavə olunsun; - müəllimlər üçün qısa təlim modulları hazırlanaraq bu yanaşmanın istifadəsi genişləndirilsin. 

“Retinanı aktivləşdirən oxuyub-anlama” yanaşması həm ənənəvi oxu prosesinə elmi əsaslı yenilik gətirir, həm də müasir texnologiyaları sinifdə səmərəli istifadəyə imkan yaradır. Bu metod şagirdlərdə yaddaş, diqqət və düşünmə sinxronluğunu təmin edərək müasir tədris məqsədlərinə uyğun nəticələr verir. 

Ədəbiyyat 
1. Anderson, R. C. (2018). Reading comprehension and the brain. Cambridge University Press. 
2. Smith, F. (2020). Understanding Reading: A Psycholinguistic Analysis. Routledge. 
3. Azərbaycan Respublikası Təhsil İnstitutu (2023). Müasir təlim texnologiyaları və tətbiqi üsullar. 
4. Özdemir, M. (2021). Görsel öğrenme stratejileri ve okuduğunu anlama başarısı. Eğitim Bilimleri Dergisi, 45(2). 

Sevgi Əmirxanova,
Bakı şəhəri 140 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi