STEAM dərsləri keçirilməyən məktəb SAF-ın finalına yüksəlib

30 Oktyabr, 2025 - 13:05
30 Oktyabr, 2025 - 13:06
 0  13
STEAM dərsləri keçirilməyən məktəb SAF-ın finalına yüksəlib

Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 17-19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) keçiriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, festivalın final mərhələsinə iştirak hüququ qazanan komandalardan biri də "Boladi 1" komandasıdır.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Lənkəran rayonu Boladi kənd N.Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin komandasının mentoru məktəbin fizika müəllimi Seyran Əliyevdir. "Innovation and Entrepreneurship" kateqoriyası üzrə yarışacaq komandanın üzvləri Elmin İbadov, Talib Cabbarovdur. 

Qeyd edək ki, sözügedən məktəb STEAM layihəsinə qoşulmayıb. Məktəbdə STEAM dərsləri keçirilməsə də, şagirdlər texniki yaradıcılığa çox maraqlıdır. Bundan öncə məktəb komandası və şagirdləri SAF 2022-nin, "İdeya var" və "Sabahın alimləri" müsabiqələrinin 4 dəfə final mərhələsinin iştirakçısı və 1 dəfə qalibi olublar.