Təhsil müəssisələrinə hücumların sayı kəskin artıb – UNESCO

9 Sentyabr, 2026 - 15:19
Təhsil müəssisələrinə hücumların sayı kəskin artıb

2025-ci ildə dünyada məktəblərə qarşı 1 680 hücum qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 33 faiz çoxdur.

“Azərbaycan müəllimi” xəbər verir ki, UNESCO məktəblərə və təhsil müəssisələrinə qarşı hücumların artmasından ciddi narahatlığını ifadə edib. Təşkilatın məlumatına görə, 2024-cü ildə 1 265 belə hadisə qeydə alınmışdı.

Bundan əlavə, dünyada böhranlardan zərər çəkən təxminən 258 milyon uşaq və yeniyetmənin təhsil hüququ pozulub. Onlardan 93 milyonu, ümumiyyətlə, məktəbdən kənarda qalıb. Təhsili böhranlardan ən çox təsirlənən 20 ölkədə məktəbə gedə bilməyən uşaqların sayı təxminən 74 milyondur.

UNESCO-nun məlumatına görə, 2025-ci ildə BMT tərəfindən silahlı münaqişələr zamanı uşaqlara qarşı 38 558 ağır pozuntu təsdiqlənib. Bu hallar 24 174 uşağa təsir edib və monitorinq mexanizminin fəaliyyətə başlamasından bəri ən yüksək göstərici olub.

Qeyd edək ki, UNESCO-nun İcraiyyə Şurası 2026-cı ilin aprelində Təhsili hücumlardan qorumaq üzrə yeni Fəaliyyət Planını qəbul edib. Sənəd dünyada məktəb və universitetlərə qarşı artan hücumlara cavab olaraq təşkilatın fəaliyyətinin qlobal çərçivəsini müəyyənləşdirir.