Redaktorun seçimi

Müəllimlər intellektual qabiliyyətlərini yoxladılar - Qaliblərin oyun təəssüratları

Fərhad Hacıyev: Bu il “Yüksəliş”ə rekord sayda müraciət olub

Fərhad Hacıyev: “Yüksəliş”in finalçılarının 55%-i 600-dən yüksək bal toplayıb

Nazirin müşaviri: “TəhsilPlus” kartı müəllimlərin rifahının artırılmasına səbəb olacaq

Fərəh Əliyeva: Əsas məqsəd dəyər yaratmaq iqtidarında olan gəncləri aşkara çıxarmaqdır

Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar

BMU-da “Huawei” şirkəti ilə əlaqələr müzakirə olunub

Bağçalara qəbul başladı

“Memarlıq” ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

İdman Akademiyası ilə Koventri Universiteti arasında yeni birgə proqramlar müzakirə edilib
.jpeg)
Peşə məktəblərində işləmək istəyənlərin NƏZƏRİNƏ!
Pedaqoji yazılar

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

Xorvatiyada təhsil və bacarıqlar

Uşaq mərkəzli öyrənmə

Ali təhsildə süni intellekt inqilabı: Bilməli olduqlarınız

Məktəbəqədər yaşlı uşaqların inkişafında oyunların rolu
Məktəbəqədər yaş dövründə uşaqlar üçün öyrənmənin ən təsirli yolu oyun vasitəsilə həyata keçirilir. Oyun təkcə əyləncə vasitəsi deyil, həm də uşağın idrak, sosial-emosional və fiziki inkişafının təməlini qoyan təbii öyrənmə formasıdır. Məktəbəqədər yaş dövründə uşağın inkişafı üçün ən təbii və güclü öyrənmə vasitəsi məhz oyundur. Oyunəsaslı öyrənmə uşağın maraq dairəsinə uyğun, hərəkətə, təcrübəyə və müşahidəyə əsaslanan prosesdir. Bu yanaşma təkcə əyləncəni deyil, öyrənmənin məqsədyönlü və planlı şəkildə təşkili ilə bilik və bacarıqların mənimsənilməsini təmin edir.Uşaqların oynadıqları oyunları düşünərkən göz önündə “Gizlənpaç” oyunu canlanır. Gözünü yumub müəyyən saya qədər sayanlar, ən gizli yeri tapıb gizlənməyə çalışanlar, gizləndikləri yerdə səbirlə gözləyənlər və qaçış zamanı məsafəni hesablamağa çalışan uşaqlar – bunların hamısı sadə görünsə də, əslində, çoxyönlü inkişafı dəstəkləyir. Bu oyun fiziki aktivlik tələb etdiyi üçün fiziki inkişafı, gizlənəcək yer axtarışı zamanı düşünmə qabiliyyətini, idrakın inkişafını, birlikdə oynamaq və ünsiyyət qurmaq isə sosial bacarıqları gücləndirir.Uşaqlar oyun zamanı qərar qəbul edir, qaydalar yaradır və öhdələrinə məsuliyyət götürürlər. Bu onları mənfi emosiyalardan uzaqlaşdırır və qorxu hisslərini azaldır. Oyun, eyni zamanda, uşağın psixoloji rahatlığını təmin edən mühüm vasitədir. Uşaqların oyun zamanı nəyə maraq göstərdiklərini müşahidə etməklə onların maraqları əsasında təlim fəaliyyətlərini planlamaq mümkündür. Bu yanaşma həm öyrənməni asanlaşdırır, həm də hədəflənmiş inkişaf nəticələrinə daha tez çatmağı təmin edir.Uşaqlar oyun vasitəsilə ətraf aləmi öyrənir, səbəb-nəticə əlaqələrini qurur, hadisələri sınaqdan keçirirlər. Oyun onların daxili ehtiyaclarına uyğun olduğuna görə öyrənmə prosesi daha səmərəli və motivasiya edən olur.Oyun uşağın eyni vaxtda həm nitqini, həm məntiqi təfəkkürünü, həm motor bacarıqlarını, həm də sosial münasibətlərini inkişaf etdirir. Oyun zamanı uşaq öz təxəyyülündən istifadə edir, süjetlər qurur, qeyri-adi situasiyalara yaradıcı yanaşmalar tapır, əməkdaşlıq edir, razılaşır, fikir bildirir və emosiyalarını idarə edir. Bu isə onun tənqidi və çevik düşünmə bacarıqlarının formalaşmasına imkan yaradır. Oyunlar həmçinin empatiya və qarşılıqlı hörmət kimi dəyərləri mənimsətmək üçün də əlverişli mühit yaradır.Uşaq oyunda uğur qazandıqca, ideyalarını reallaşdırdıqca özünü bacarıqlı hiss edir. Bu da onun özünəinamını və öyrənməyə marağını artırır.Qaydalı oyunlar zamanı uşaqlar qaydalara əməl etməyi, növbə gözləməyi əməkdaşlıq etməyi, emosiyalarını idarə etməyi öyrənirlər. Bundan əlavə, qaydaları izah etmək və tətbiq etmək zamanı onların məntiqi təfəkkürü, rabitəli nitqi, motor bacarıqları inkişaf edir.Oyunların düzgün planlaşdırılması məktəbəqədər kurikulumda nəzərdə tutulan bilik və bacarıqları təbii şəkildə inkişaf etdirir. Məsələn, “Kim kənarda qaldı?” oyunu zamanı uşaqlar:- motor bacarıqlarını işə salaraq çevik şəkildə hərəkət edir, tarazlıq və koordinasiyanı qorumağa çalışırlar;- məntiqi təfəkkürlərini istifadə edərək dar məkan daxilində maksimum sayda uşağın yerləşməsi üçün müxtəlif yollar fikirləşirlər;- sosial bacarıqlar qazanırlar, çünki komanda daxilində əməkdaşlıq etməli, birlikdə qərar verməli və plan qurmalıdırlar;- nitq bacarıqları isə qarşılıqlı danışıq və müzakirə zamanı inkişaf edir (“sən burada dayan”, “ayağını buraya qoy” və s.).Başqa bir nümunə “Saat neçədir?” oyunudur. Bu oyun vasitəsilə:- uşaqlar zaman anlayışını real hərəkətlərlə mənimsəyir və saatın quruluşunu öyrənirlər;- əlaqələndirilmiş düşünmə və diqqət toplama bacarıqları formalaşır. Uşaqlar oxları düzgün istiqamətləndirir və nəticəni təhlil edirlər;- nitq bacarıqları inkişaf edir. Uşaqlar vaxtı səsləndirir, bir-birilə fikir mübadiləsi aparır;- Sosial münasibətlər güclənir. Komanda işi və növbə gözləmə davranışları təkmilləşir.Sərbəst oyunlar isə yaradıcılıq bacarıqlarını daha çox stimullaşdırır. Uşaq oyunun qaydalarını və müddətini özü müəyyən etdiyindən bu, yaradıcı düşüncə və müstəqillik hissini gücləndirir.Oyun əsaslı öyrənmə məktəbəqədər yaşlı uşağın potensialını maksimum dərəcədə üzə çıxaran, onun maraqlarına və inkişaf səviyyəsinə uyğun olan, səmərəli və zövqlü öyrənmə formasıdır. Tərbiyəçi-müəllimlərin və valideynlərin rolu bu cür öyrənmə üçün zəngin, təhlükəsiz və təşviqedici mühit yaratmaqdan ibarətdir. Belə mühitdə uşaq həm öyrənir, həm güclənir, həm də böyüyür.Bəzən oyun zamanı yaranan səs-küy bizə narahatedici görünsə də, həmin mühitdə uşaqların bəzi fəaliyyətlərə diqqətlə davam etməsi onların diqqət davamlılığını və fokuslanma bacarığını artırır. Aktivlik və dinamiklik onların öyrənməsini təşviq edən əsas amillərdəndir.Uşaqların diqqətini uzun müddət bir fəaliyyətə yönəltmək çətin ola bilər. Bu zaman oyunəsaslı öyrənmə kömək edir. Aktiv fəaliyyətə cəlb olunan uşaqlar öyrənməyə daha çox maraq göstərir, bu da motivasiyanın artmasına səbəb olur.Oyunun könüllü və cəlbedici olması sayəsində uşaqlar özlərini məcbur hiss etmədən yeni bilik və bacarıqları həvəslə mənimsəyirlər. Bu proses təbii öyrənməni təmin edir və əldə edilən biliklər daha qalıcı olur.BMT tərəfindən qəbul olunmuş “Uşaq Hüquqları haqqında Konvensiya”nın 31-ci maddəsində oyun hər bir uşağın təməl hüququ kimi tanınmışdır. Bu, uşağın təbii inkişaf mühitində oyunun vacibliyini beynəlxalq səviyyədə də təsdiqləyir.Nəticə olaraq, oyun məktəbəqədər təhsildə uşaqyönümlü, effektiv və motivasiyaedici bir öyrənmə vasitəsidir. Düzgün təşkil olunmuş oyunlar uşaqlarda fərdi bacarıqları, özünəinamı, əməkdaşlıq, sosial davranış, idrak və yaradıcılığı inkişaf etdirir. Bu səbəbdən tərbiyəçi-müəllimlər təlim fəaliyyətlərini oyun əsaslı yanaşma ilə planlamalı və uşaqların inkişaf ehtiyaclarına uyğun şəkildə qurmalıdırlar.İstifadə olunan mənbələr:1. “Azərbaycan məktəbi” – Elmi-nəzəri pedaqoji jurnal “oyun uşağın əsas hüququdur” https://as-journal.edu.az/2. Araştırmacı Çocuk Merkezi “Oyun yoluyla öğrenme” https://acmtr.org3. Qaydalı oyunlarhttps://arti.edu.az/wp-content/uploads/2022/10/638_6041-qaydali-oyunlar-10-07-2019-pdf-2-1.pdfLaləzar MƏMMƏDOVABakı şəhəri 318 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
Təhsil TV

Yüklənir
LEADERSHIP IN EDUCATION
LEADERSHIP IN EDUCATION Today's topic is Leadership in Education, and our guest is Mr. Francesco Banchini, the Director of ...
17 iyul, 19:30
Yüklənir
TƏLƏBƏ KÖÇÜRÜLMƏSİ NECƏ HƏYATA KEÇİRİLİR?
TƏLƏBƏ KÖÇÜRÜLMƏSİ NECƏ HƏYATA KEÇİRİLİR? Tələbələrin köçürülməsi prosesində portal.edu.az portalından istifadəyə ...
17 iyul, 17:41
Yüklənir
Rəqəmsal Qonaq | Millət vəkili Müşfiq Cəfərovla gənclər, hakatonlar və texnologiya
Rəqəmsal Qonaq | Millət vəkili Müşfiq Cəfərovla gənclər, hakatonlar və texnologiya. “Rəqəmsal Bacarıqlar” layihəsi çərçivəsində ...
16 iyul, 19:30
Yüklənir
“Məktəblilərarası Milli Hakaton”un iki mərhələsi artıq geridə qaldı!
Məktəblilərarası Milli Hakaton”un iki mərhələsi artıq geridə qaldı! İndi isə gəlin birlikdə bu yolun indiyədək olan ən maraqlı anlarını ...
16 iyul, 12:45
9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı
Ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi keçən ildən başlayaraq Naxçıvanda da reallaşdırılır. Bu müsabiqədən uğurla keçərək yüksək bal toplayanlar hazırda Muxtar Respublikanın müxtəlif məktəblərində dərs deyirlər."Azərbaycan müəllimi" belə müəllimlərdən biri ilə həmsöhbət olub.Müsahibimiz Günay Qədimova Naxçıvanda MİQ-in test mərhələsində kimya fənnindən 91,75 bal toplayaraq MR üzrə ən yüksək nəticəni göstərib.O, 1994-cü ildə Babək rayonunun Qaraçuq kəndində anadan olub. Orta təhsilini həmin kəndin, daha sonra isə Heydər Əliyev adına tam orta məktəbdə alıb. 2010–2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin "Kimya müəllimliyi" ixtisası üzrə ali təhsil alıb. Ötən ildən MİQ vasitəsilə işə qəbul olduğu Babək şəhəri 2 nömrəli tam orta məktəbdə kimya müəllimi olaraq çalışır.Deyir ki, müəllim olmağı lap kiçik yaşlarından arzu edib:“Kiçik yaşlarımda bacımla müəllim–şagird oyunu oynamağı çox xoşlayırdım. Elə o vaxtdan bu peşəyə böyük həvəs yaranmışdı. Səbirli və təmkinli xarakterim, uşaqlarla yaxşı dil tapa bilməyim, onların uğurlarını görəndə xoşbəxt olmağım deməyə əsas verir ki, əslində mən dünyaya müəllim olmaq üçün gəlmişəm”.Ailəvi səbəblərə görə universiteti bitirdikdən sonra 9 il təhsildən uzaq qaldığını deyən Günay müəllim bu müddətin içindəki müəllimlik arzusunu azalda bilmədiyini vurğulayır.“Müəllimlərin işə qəbulu imtahanına 1 il yorulmadan hazırlaşdım və məqsədimə nail oldum. İmtahanın test mərhələsində yüksək nəticə göstərərək, həmçinin müsahibə mərhələsində də uğur qazanaraq müəllim adını almağı bacardım”.Müəllim əlavə edir ki, MİQ imtahanının bütün mərhələləri obyektiv, aydın və şəffaf keçirilir:“Bu imtahanın əsas üstünlüyü təhsil sistemində çalışmaq üçün ixtisası üzrə yüksək elmi biliklərə və pedaqoji qabiliyyətə malik kadrların seçimini təmin etməkdir. İmtahanda olarkən diqqətimi suallara yönəltdiyim üçün həyəcanımı hiss etməmişdim. Amma imtahan zalından çıxarkən hamı yaxınlaşıb məni təbrik edəndə çox həyəcanlandım. Uzun müddət təhsildən uzaq qaldığımdan bu nəticəni əldə etmək mənim üçün böyük uğur idi. 1 il hazırlaşmaqla yüksək nəticə əldə edə bilməyim bu imtahanın o qədər də çətin və uğurun əlçatmaz olmadığını göstərdi. Mənim fikrimcə, müəllim peşəsini ürəkdən sevib bu məqsəd üçün çalışan heç kim nəticəsiz qalmaz. Düzünü desəm, uğur qazanacağıma inanmayanlar çox idi. Bəzən onları dinləyəndə ruhdan düşürdüm, amma çox istədiyim üçün özümü toplayıb davam edirdim”.Günay müəllim imtahanda qazandığı uğura görə 31 yanvar 2025-ci ildə Naxçıvan Gənclər və İdman Nazirliyinin 2 Fevral – Gənclər Günü ilə əlaqədar təşkil etdiyi mükafatlandırma tədbirində "Gənc müəllim" nominasiyası üzrə təltif edilib. Tədris etdiyi kimya fənninə şagirdlərin marağını artırmaq üçün bir sıra metodlardan istifadə edir:“Şagirdlərimin dərsə marağını artırmaq məqsədilə kimya ilə bağlı müxtəlif layihələr, təcrübələr, pedaqoji üsul və vasitələrdən, həmçinin İKT alətlərindən istifadə edirəm. Şagirdlərimdən biri bu il fənn müsabiqəsində kimya fənni üzrə yarımfinal mərhələsinə keçid almağı bacardı. Şagirdlərimə həm kimya fənnini, həm də özümü bir müəllim kimi sevdirməyi bacarıram. Gənc müəllim olaraq yuxarı sinif şagirdləri ilə də dil tapa bilmək mənim üçün çətin olmadı. Təhsil daim inkişaf edən bir sahədir və müəllim olaraq fəaliyyətimdə bir sıra yeniliklər etməyi planlaşdırıram. Əsas məqsədim şagirdlərin öyrənmə prosesini daha maraqlı, effektiv və gələcəyin tələblərinə uyğun şəkildə təşkil etməkdir”.MİQ imtahanına hazırlaşan namizədlərə isə bunları tövsiyə edir:“Heç nəyin sizi həvəsdən salmasına icazə verməyin. Çox çalışıb ürəkdən istəsəniz, arzularınızı gerçəkləşdirməyə heç nə mane ola bilməz. Biz bu cəmiyyətin təməlini qoyan, gələcəyimiz olan uşaqları formalaşdıran bir missiyanın daşıyıcılarıyıq. Bu yolda hər birinizə uğurlar və tükənməz enerji arzulayıram”.

İlk cəhddə sertifikasiyadan keçə bilməyən müəllim hazırlaşıb 59 bal topladı

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”
.jpg)
Sertifikasiyadan keçən kimya müəllimləri: “Sualların 25-30-u çox sadə idi…”

60 bal topladı – Region birincisi oldu

Toylarından 5 gün sonra imtahan verib uğur qazandılar

İmtahanın dördüncü günü – Biologiya müəllimlərindən yüksək nəticə
Qəzetin PDF arxivi



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.