İkinci Rusiya-İran müharibəsində İrəvan xanlığının hərbi uğurları
Regionun geosiyasi taleyini müəyyən edilməsində İrəvan xanlığı faktoru (1826–1827-ci İllər): XIX əsrin birinci rübündə Cənubi Qafqazda Çar Rusiyasının tam ağalığına mane olan yeganə və ən qətiyyətli qüvvə İrəvan xanlığı idi. Xanlığın öz müstəqilliyini inadla qoruması, güclü ordusu və çar qoşunlarına vurduğu sarsıdıcı zərbələr imperiyanın regionda möhkəmlənməsini tamamilə əngəlləyirdi. İrəvan xanlığının bu sarsılmaz mövqeyi Çar I Nikolayı o qədər narahat edirdi ki, o, xanlığı imperiya üçün "əsas təhlidə mənbəyi" hesab edərək generallarından dərhal bu dövlətin varlığına son qoymağı tələb edirdi. İrəvan xanlığı daxili və xarici siyasətində tam müstəqil hərəkət edərək, Gülüstan müqaviləsindən sonra nüfuzdan düşmüş və ləng hərəkət edən Qacar dövlətini də çarizmə qarşı aktiv müharibəyə sövq edən katalizator rolunu oynayırdı.
Müharibənin başlama səbəbləri və Mirək kəndinin işğalı
İrəvan xanlığının müstəqilliyini qoruyub saxlaması, rus qoşunlarına hücum edib onları zəiflətməsi, Qacar dövlətindən gözlənilən hücumlar Rusiyanın regionda möhkəm lənməsinə mane olurdu. Bundan narahat olan çar I Nikolayxanlığı işğal etmək üçün komandanlarını tələsdirirdi. Bir tərəfdən də Gülüstan müqaviləsi nəticəsində çox böyük ərazilər itirən, xalqın gözündə nüfuzdan düşən, hakimiyyətini qorumaq üçün hər yola əl atan Abbas Mirzə də müharibəyə hazırlaşırdı. 1826-cı ilin yazında iki piyada rus alayı Mirək kəndini işğal etdi və orada hərbi istehkam xətti qurmağa başladı. Hüseynqulu xan bu haqda Abbas Mirzəyə məlumat verdi . Mirək kəndinin işğalı tərəflər arasındakı müharibə vəziyyətini daha da alovlandırdı. Tehrana danışıqlara gön dərilmiş Menşikovun da missiyasının heç bir nəticəsi olmadı. Beləliklə, 1826-cı ilin iyun ayında İrəvan xanlığının və Cənubi Qafqazın tale və müqəddəratında həlledici rol oynayan ikinci Rusiya-İran müharibəsi başladı.
İrəvan ordusunun Zəfər yürüşü: Pəmbək və Şörəyelin azad edilməsi
1826-cı il iyulun 16 da İrəvan xanının qoşunları Mirəkə, qardaşı Həsən xanın qüvvələri isə Şörəyelə daxil oldular. Xeyli itki verən rus qoşunları geri çəkildilər. İyulun 16-da İrəvan xanı 5 minlik qoşunla sərhədi keçərək Tiflis piyada alayının komandiri knyaz Seversamidzeni Mirək düşərgəsindən Gümrü məntəqəsinə geri çəkilməyə məcbur etdi. Rusiya qoşunlarının əlində olan Balıqçay, Sadağaçay, Qarakilsə və başqa keşikçi məntəqələ ri darmadağın edildi. Həsən xanın qoşunları Gümrü yolunu nəzarətə götürdü. Beləliklə, qısa vaxtda Pəmbək və Şörəyel azad olundu. Hüseyn xan və Həsən xanın qoşunları tərə findən Rusiya hökumətinə aid idarə binalarında olan ləvazimatlar yandırıldı. Ümumiyyətlə, Hüseynqulu xanının rəhbərliyi altında iyunun 16-dan sentyabrın 21-dək Pəmbək və Şörəyelin azad olunması uğrunda gedən döyüşlərdə 92 rus əsgəri öldürüldü, 2 zabit və 37 sıravi yaralandı, 2 zabit və 25 sıravi əsir götürülmüşdü.
Rus ordusu loqistikasının çökdürülməsi: Balıqçay Zəfəri
Çar ordusunun sərkərdəsi A.P.Yermolov iyulun 26-da Tiflis alayının 160 nəfərdən ibarət dəstəsini kapitan Voronkovun başçılığı ilə Balıqçaya göndərdi. Bu dəstə Rusiya ordusu üçün ərzaq və artilleriya aparırdı. İyulun 27-də dəstə məntəqəyə çatmamış min nəfərdən ibarət İrəvan süvarisi tərəfindən mühasirəyə alındı. Baş verən döyüşdə kapitan Voronkovun dəstəsi İrəvan xanlığının qoşunları tərəfindən məhv edildi, ərzaq və artilleriya müsadirə olundu. Rusiya or dusundan 17 nəfər yaralı əsir düşdü, 38 nəfər qaçdı, qalanları isə məhv edildi. Kapitan Voronkovun dəstəsinin məhv edilməsi, ərzaq və sursatın irəvanlılar tərəfindən ələ keçirilməsi Balıqçayda olan rus dəstəsini çətin vəziyyətə saldı. Kapitan Pereverzyevin əmri ilə 2 topa malik 300 piyadaya məxsus ruslar iyulun 28-də gecə ikən Balıqçayı tərk edərək Böyük Qarakilsə kən dinə çəkildilər. Qısa vaxtda Hüseynqulu xanın qoşunu Böyük Qarakilsə istisna olmaqla sərhəd boyu bütün rus gözətçi məntəqələrini ələ keçirib Göyçə ətrafında dayandı, Tiflisə hərəkət etmək üçün Abbas Mirzəni gözləməyə başladı. Razılaşmaya əsasən şahzadə Abbas Mirzə Gəncəni geri alacağı təqdirdə Hüseynqulu xanın qoşunu onunla birləşərək Tiflisə yürüş etməli idi. Bundan istifadə edən rus dəstələri vaxt qazanaraq bütün qüvvələri Böyük Qarakilsə kəndində cəmləşdirdi. Burada 4 batalyon, 20 topa malik əlavə 3 bölük və 370 nəfərdən ibarət süvari dəstə vardı. İyulun 29-da Sevarsamidze əlavə kömək aldı, lakin rus qoşunlarının vəziyyəti hələ də acınacaqlı idi. İrəvan qoşunu kəndi hər tərəfdən mühasirəyə almışdı. Bir tərəfdən irəvanlıların təzyiqi, digər tərəfdən ərzaq çatışmazlığı rus qoşununu əldən salmışdı. Çıxılmaz vəziyyətdə qalan A.P.Yermolov bütün qüvvələrin Cəlaloğlu qalasına çəkilməsinə əmr verdi. Avqustun 1-də rus qoşunu qarşılarına çıxan tikililəri və əkin sahələrini yandıraraq geri çəkildi . İrəvan xanlığı torpaqlarını rus işğalçılarından azad et mək üçün qəhrəmancasına mübarizə aparırdı. Xana məxsus atlı dəstə 1826-cı il iyulun 14-də vaxtilə rus komandanlığının Tiflis yaxınlığında saldığı alman məskənini, sentyabrın 1-dən 2-sinə keçən gecə isə Həsən xan 3 min nəfərdən çox süvari dəstəsi ilə Loridə yaradılmış yunan məskənini ələ keçirdi.
İmperiyanın İrəvan narahatçılığı və komandanlıq səviyyəsində struktur islahatları
Lakin Cəlaloğluda yerləşən 3 rus taqımı və artilleriya sının bir hissəsi onları geri oturdaraq təqib etməyə başladı. Aramsız döyüşlərdən sonra Hüseynqulu xanın ordusu yorğun düşmüşdü. Ona görə də xanın qoşunu Göyçə gölü tərəf dən Şəmşəddil distansiyasına yönəldi. General Yermolov alman və yunan məskənlərini geri aldılar.
İrəvan xanlığının bu sarsıdıcı zərbələri Sankt-Peterburqda şok effekti yaratdı. 1826-cı il avqustun 1-də çar I Nikolay İrəvana qarşı hərbi yürüşə başlamaq və burada iştirak edəcək qoşunların sayı barədə fərman verdi. General Yermolova göndərilmiş həmin fərmanda yazılırdı: "Təcili İrəvan sərdarı üzərinə yürüş edin. Tezliklə sizdən belə cavab gözləyirəm: Tanrının köməkliyi ilə sərdar daha yoxdur və İrəvan vilayəti tamamilə tutulub Siz və 15 min nəfərlik rus ordusu qələbə qazanmaq üçün kifayətdir". Lakin avqustun 1-də verilmiş bu göstərişi general Yermolov yerinə yetirə bilmədi. Çünki bəzi Şimali Azərbaycan xan ları, İran şahzadəsi Abbas Mirzə və İrəvan xanlığının güclü müqaviməti onlara işğal planını həyata keçirməyə imkan vermədi. Müharibənin ilk dövründə təşəbbüsə yiyələnsələr də, rus ordusunun bölgəyə çox sayda əsgər və ağır toplar göndərməsi Qacar qoşunlarının Şəmkir və Gəncə döyüşlərində məğlub olması ilə nəticələndi. Bu, İrəvan xanlığının vəziyyətinə də təsir etdi, xanın qoşunları geri çəkilməyə başladı. Pəmbək və Şörəyel, demək olar ki, yenidən boşaldıldı. Rus qoşunları irəliləyərək sentyabrın 21-də Cəlaloğluya gəlib bu rada düşərgə saldılar . İrəvan xanlığının ordusu tez-tez Cəlaloğlu qalasına sığınan rus hərbi dəstələrinə hücumlar təşkil edirdi. Qalanın müdafiəsinin zəiflədiyini, müqavimətinin azaldığı eşidən A.P.Yermolovun əmri ilə general-mayor D.Davudov 1826-cı il sentyabrın 15-də 1000 nəfər gürcü süvarisinin müşayiə tilə Cəlaloğlu qalasına göndərildi. O, 3 topa malik 4 piyada bölüyü, 400 süvarini qalada qoydu, 12 topa malik 3 batalyonu və 900 süvarini isə Həsən xanla döyüşə göndərdi. Yolda rus qoşununa erməni könüllülərinin qoşulması ilə qoşunun sayı xeyli artdı. Sentyabrın 19-da rus qoşunu Mirəkkən dinə hərəkət etdi. Rusların bu yürüşü sərhəd kəndlərində böyük dağıntı, qarət və yanğınlara gətirib çıxardı. 8 kəndi qarət edərək tamamilə dağıdan rus qoşunu sentyabrın 23 də Gümrüyə, 29-da isə Cəlaloğlu qalasına qayıtdı. 1827-ci ilin əvvəlindən Qacar orduları və onlara dəstək verən Azərbay can xanları ağır məğlubiyyətlərə uğradılar. 1827-ci il martın 29-da çar I Nikolay rus qoşunlarının Cənubi Qafqazdakı baş komandanı Aleksey Yermolovu daha təcrübəli İvan Fyodoroviç Paskeviçlə əvəzlədi.
İrəvan xanlığının "Boşaldılmış ərazi" taktikası
1827-ci ilin aprelində general Benkendorfun komandanlığı altındakı böyük rus ordusu erməni satqınların bələdçiliyi ilə Üçkilsəyə (Eçmiədzin) daxil olanda İrəvan xanlığının dahiyanə strateji gedişi ilə üzləşdi: Hüseynqulu xanın əmri ilə xanlığın bütün mülki əhalisi daxili resurslarla birgə Arazın cənubuna köçürülmüş, bütün ərazi tamamilə boşaldılmışdı.
Bundan sonra rusların hücumları daha da intensivləşdi. 1827-ci il martın 26-da baron Dibiç İrəvan xanlığına hərbi əməliyyata başladı. Aprelin əvvəlində general Paskeviçin əmri ilə rus qoşunlarının ön dəstəsi general Aleksandr Benkendorfun komandanlığı altında erməni arxiyepiskopu Nersesin də müşayiəti ilə İrəvana doğru hərəkətə başladı. Aprelin 11-də Benkendorf Üçkilsənin 40 verstliyində yerləşən Sudakəndə yaxınlaşdı. Bu zaman ruslar üçün əlverişsiz şərait yarandı. İrəvanın bütün əhalisi Arazdan cənuba köçürülmüş, xanlığın ərazisi boşaldılmışdı, rus qoşunlarını ərzaqla təchiz etmək mümkün deyildi. Aprelin 13-də müqavimətə rast gəlmədən Üçkilsəyə gəlib çatan rus komandanlığı burada ermənilər tərəfindən təntənə ilə qarşılandı. Lakin çox keçmədi ki, onlar ağır vəziyyətə düşdüklərini, ermənilər tərəfindən aldadıldıqlarını anladılar. 1827-ci ilin aprelində general Benkendorfun komandanlığı altındakı böyük rus ordusu Üçkilsəyə (Eçmiədzin) daxil olanda İrəvan xanlığının dahiyanə strateji gedişi ilə üzləşdi: Hüseynqulu xanın əmri ilə xanlığın bütün mülki əhalisi daxili resurslarla birgə Arazın cənubuna köçürülmüş, bütün ərazi tamamilə boşaldılmışdı. Aclıqdan əziyyət çəkən rus əsgərləri hətta bitki kökləri ilə qidalanmağa başlamışdı. İrəvan xanlığı düşməni döyüşsüz, acından taqətdən salmaqla hərb tarixinə keçəcək bir müdafiə nümunəsi nümayiş etdirdi.
Sarsılmaz istehkamlar: İrəvan və Sərdarabad qalaları
Benkendorfun qoşunu Hüseynqulu və qardaşı Həsən xanın ordusuna qarşı döyüşüb bir neçə ərazini ələ keçirəndən sonra İrəvan qalasına yaxınlaşdı. Müharibənin pik nöqtəsində İrəvan xanlığı öz hərbi potensialını iki böyük qala-istehkam sistemində cəmləşdirmişdi:
• İrəvan Mərkəzi Qalası: Hüseynqulu xanın şəxsi rəhbərliyi altında 5000 seçmə əsgər və 26 topla qorunurdu. Qalaya uzunmüddətli mühasirə üçün nəhəng taxıl ehtiyatı yığılmışdı. Rus generalı Benkendorf qalanın əzəməti və gücü qarşısında hücum etməyə cəsarət etməyərək geri çəkildi.
• Sərdarabad Qalası: Xanlığın ikinci ən böyük hərbi mərkəzi idi. Ətrafı mühəndislik möcüzəsi olan quru xəndəklərlə əhatələnmişdi. 22 top və 3000 nəfərlik cəsur qüvvəyə malik olan bu qalanın müdafiəsinə xanın qardaşı, əfsanəvi Həsən xan və nəvəsi Fətəli xan rəhbərlik edirdi.
Aprelin 16-da səhər 5 taqım və 4 topla qalaya hücum edən general Benkendorf güclü müqavimətlə qarşılaşdı. Qala müdafiəçiləri toplardan atəş açaraq rusları qaladan uzaqlaşdırdı. Qalanı döyüşsüz təslim almaq istəyən Benkendorf müdafiəyə başçılıq edən Fətəli xanın yanına elçi göndərdi. Fətəli xan Benkendorfun tələbini rədd edib "qalanı təslim etməkdənsə onun dağıntıları altında ölməyim yaxşıdı" cavabını verdi. Benkendorf aprelin 16-dan 17-nə keçən gecə qalanı güclü top atəşinə tutmağı əmr etdi. Lakin qala qarnizonunun əks zərbəsi nəticəsində heç bir nəticə əldə edə bilmədi. Aclıqdan əziyyət çəkən rus qoşunlarının ətraf kəndlərdən ərzaq toplamaq cəhdi də boşa çıxdı. Beləliklə, rus qoşunları aprelin 17-də yenidən Üçkilsə monastırına çəkildi. İrəvan xanlığının bu rəşadətli müqaviməti Azərbaycanın hərb tarixinə imperiya işğalına qarşı dirənişin ən parlaq səhifələrindən biri kimi yazıldı.
Nəticə
1826–1827-ci illərin hərbi xronikası sübut edir ki, İrəvan xanlığı Rusiya imperiyasının Cənubi Qafqazdakı işğalçı ordularına qarşı ən mütəşəkkil, planlı və qəhrəmancasına mübarizə aparan müstəqil Azərbaycan dövləti olmuşdur. Hüseynqulu xan və Həsən xanın rəhbərliyi ilə həyata keçirilən qəfil süvari hücumları, loqistik xətlərin kəsilməsi və unikal "boşaldılmış ərazi" taktikası böyük bir imperiyanın hərbi maşınını durdurmağı bacarmışdır. İrəvan xanlığının bu şanlı müqaviməti xalqımızın azadlıq və dövlətçilik tarixinin ən parlaq səhfəsidir.
Əfqan Vəliyev,
Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsində mütəxəssis




