4 dekabr 2024

Bütün xəbərlər
test
28 noyabr, 11:34
145

Onunla müxtəlif  tədbirlərdə tez-tez rastlaşıram. Nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycan gəncinin səsi olmağı bacaran Aymar Babayevin yüksək intellekti, bir sıra dillərdə mükəmməl danışması, yaşının azlığına baxmayaraq gözəl təşkilatçılıq bacarığının olmasına görə öz yaşıdlarından xüsusi seçilməsi diqqətimi cəlb etmişdi. 

“Azərbaycan müəllimi” bu dəfə məktəb illərindən karyera yolunda inamla addımlayan paytaxt məktəblisinin uğur hekayəsini oxucularına təqdim edir.

Neçə dil bilirsənsə, daxilində bir o qədər şəxsiyyət daşıyırsan...

Bakıdakı Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi olan Aymar Babayev hələ uşaq yaşlarından yüksək bilik və bacarığına görə fərqlənib. Müxtəlif  mövzularda keçirilən tədbirlərdə mükəmməl çıxışları ilə diqqətləri özünə çəkməyi bacaran yeniyetməmiz mütəmadi olaraq həm ölkəmizdə, həm də xaricdə təşkil olunan beynəlxalq tədbirlərə dəvət alır. BMT-nin Məskunlaşma Proqramının ölkəmiz üzrə təmsilçisi, “Global Peace” təşkilatının Azərbaycanda gənclərlə iş üzrə ölkə direktoru olan, 2023-cü il üzrə BMT-nin gənc xoşməramlı səfiri seçilən yeniyetməmiz ölkəmizi bütün tədbirlərdə uğurla təmsil edir. 

Məşhur filosoflardan biri deyib: “Neçə dil bilirsənsə, daxilində bir o qədər şəxsiyyət daşıyırsan”. Məktəbdə rus bölməsində təhsil alan Aymar Azərbaycan, türk, ingilis, rus, alman, fransız  dillərində mükəmməl danışır. O qeyd edir ki, öyrəndiyimiz hər yeni dil həyata baxış bucağımızı dəyişməyə, dünyagörüşümüzü inkişaf etdirməyimizə, müxtəlif mədəniyyətləri dərindən mənimsəməyimizə şərait yaradır.

İlk uğurunu musiqi sahəsində qazansa da... 

13 yaşından ictimai fəaliyyətlə məşğul olan Aymar  ilk uğurunu musiqi sahəsində qazanıb. Professional musiqi təhsili almış istedadlı gəncimiz pianoçu kimi  bir sıra beynəlxalq müsabiqələrin laureatı olub, mükafatlara layiq görülüb. Onun çıxışları beynəlxalq qurumların diqqətini çəkib. Sonradan Aymar ictimai işlərdə fəallığı ilə seçildiyinə görə bir sıra beynəlxalq təşkilatların proqramlarında iştirak etməyə başlayıb: “Birləşmiş Millətlər Təşkilatı Modelinə (Model UN) qoşuldum.  Bu, gənclər üçün özünü diplomat və səfir rollarında sınamaq, beynəlxalq münasibətlər sahəsini daha yaxından öyrənmək, müvafiq bilik və bacarıqlarını artırmaq fürsəti yaradan qeyri-formal təhsil növü və simulasiya oyunudur. Oyunun məqsədi gənclərə liderlik, ictimai danışıqların aparılması və konfliktlərin həlli yollarının öyrədilməsidir. BMT Modeli məktəbdənkənar fəaliyyətdir, bir çox ölkələrdə bu simulyasiya dərs olaraq təqdim edilir.Gənclərin dünyadakı aktual mövzular haqqında daha dərin bir anlayış əldə etməsinə və bu biliklərini inkişaf etdirməsinə imkan yaradır. BMT Modelinin iştirakçıları, əsasən, orta məktəbdə və universitetdə təhsil alan şagird və tələbələrdir. Bu istiqamət üzrə fəaliyyətim şəxsi inkişafım üçün olduqca əhəmiyyətlidir. Qeyd etdiyim ki, bu fəaliyyət çərçivəsində biz,  əsasən, məktəblilər və gənclərlə işləyirik. Onlarla iqlim, uşaq hüquqları, təhsil fəaliyyətləri üzrə maarifləndirmə  işləri aparmaqla yanaşı, birgə fərqli fəaliyyətlərə də qoşuluruq”. 

Beynəlxalq tədbirlərdə ölkəmizin gənclərinin maraqlarını təmsil edir 

Aymarın beynəlxalq tədbirlərdə ölkəmizdə baş verən siyasi-iqtisadi proseslərlə bağlı fikirləri də maraqla qarşılanır.
Bu ilin 7-10 oktyabr tarixlərində Meksikanın Keretaro ştatında BMT-nin Ümumdünya Məskunlaşma Günü ilə əlaqədar keçirilmiş tədbirdə, 20-23 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan “BMT Modeli” konfransında, iqlim dəyişikliyi mövzusuna dair seminarlarda iştirak edən Aymar həmin səfərlərin yaddaqalan olduğunu söyləyir: 

“Meksikada keçirilən tədbirdə iştirak üçün dəvəti BMT və Meksika Birləşmiş Ştatlarının hökümətindən aldım. Dünya gənclərinin panel müzakirəsində və sammitində “Gənclər tərəfindən və gənclər üçün dayanıqlı urbanizasiya” mövzusunda çıxış edərək  ölkəmizin gənclərinin maraqlarını təmsil edim. Həmin tədbir ərəfəsində BMT-nin Məskunlaşma Programın icraçı direktoru Anaklaudiya Rosbax və Keretaro Ştatın qubernatoru Mauricio Kuri Gonzalezlə görüşdüm. Həmçinin Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbovla maraqlı görüşümüz və şəhər gəzintimiz oldu. Səfər zamanı Meksikanın dayanıqlılıq üzrə və BMT-nin gənc səfirləri, COP29-da iştirak edəcək meksikalı nümayəndələrlə də görüşmək imkanım oldu. Meksikanın mədəniyyətini və adət-ənənələrini onlarla birlikdə kəşf etmək çox maraqlı idi.
20-23 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan “BMT Modeli” konfransında iqlim dəyişikliyi mövzusunda seminarlarda isə müavinim və ən yaxın dostum Toğrul Rəhimovla birlikdə iştirak etdim. Həmin tədbirdə sədr- moderator kimi fəaliyyət göstərirdim. Orada Model UN  fəaliyyəti haqqında gənclərə treninqlər keçdim, sonra isə konfransa sədrlik etdim. 
“Beynəlxalq  səviyyəli tədbirlərdə mükəmməl çıxışlarınla fərqlənirsən. Bu, nədən qaynaqlanır?” sualına Aymarın cavabı özünəməxsus oldu: “Əsas arzularımdan biri Azərbaycan gənci olaraq ölkəmizi dünyada layiqincə təmsil etmək, haqq səsimizin eşidilməsidir. Gənclərin maraqlarını, istək və arzularını  dünya miqyasında səsləndirmək bir Azərbaycan məktəblisi olaraq mənim üçün şərəfdir”.       

COP29 həm də dünya ölkələrinin gənclərinin bir araya gəlməsinə imkan yaratdı 

Aymar 11-23 noyabr tarixlərində ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) çərçivəsində təşkil olunan “Extreme Hangout” pavilyonunda “Gənclər iqlim dəyişikliyi” və “Yaşıl dünya naminə həmrəylik ili” mövzularında Britaniyanın “Youth Extreme Hangout” təşkilatının müxbirinə, həmçinin İsveçin Dövlət Televiziyasına müsahibələr  verib. Çıxışında qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılması üçün ölkəmizdə ekoloji mühitin, təbiətin qorunub saxlanılması istiqamətində reallaşdırılan bir sıra layihələrdən, həyata keçirilən tədbirlərdən , innovasiya və dəyişiklik prosesində hərəkətverici qüvvə olan gənclərin geniş imkanlara malik olmasından danışıb.Yeniyetməmiz  onu da bildirir ki, COP29  həm də dünya ölkələrinin gənclərinin  bir araya gəlməsinə imkan yaradıb.
     
“Məktəb rəhbərliyi və ailəm hər zaman məni dəstəkləyir”  
İctimai fəaliyyəti ilə hər zaman sözün yaxşı mənasında fərqlənən Aymar qeyd olunduğu kimi, həm də şagirddir. Bilik və bacarıqlarının formalaşmasında ona dərs deyən  müəllimlərinin rolunun əvəzsiz olduğunu söyləyir. Məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın sədri kimi də şagirdlərin fənlər üzrə elmi-tədqiqat işlərinin, təqdimatlarının  hazırlanmasında müəllimlərinə yardımçı olur. Deyir ki, təhsillə  ictimai fəaliyyətlərinin bir arada öhdəsindən gəlmək  onun üçün  çətin deyil, əksinə, bu fəaliyyətlər biri-birini tamamlayır : “Mənə hər zaman inanan, etimad  göstərən, fəaliyyətimə şərait yaradan məktəbimizin direktoru Könül Təhməzovaya təşəkkürümü bildirirəm. Eyni zamanda arzularımın həyata keçməsində  ən böyük dəstəkçim olan ailəmə minnətdaram. 

Həkimlik sənətinə yiyələnməklə... 

Aymar danışdıqca arzularını dilə gətirir: “BMT-nin Ətraf  Mühit Konfransında çıxış edərkən biz gənclərin  dünyanın bu günü və gələcəyi olduğunu bildirdim. Düşünürəm ki, kiçik yaşlarımızdan özümüzü böyük fəaliyyətlərə cəlb edərək nəyə qadir olduğumuzu, biliyimizi, potensialımızı göstərməyi bacarmalıyıq. Bizim səsimiz və düşüncələrimiz hər zaman dinlənilməlidir. Təbii ki, ilk növbədə bunun üçün yüksək təhsil və intellektə malik olmalı, daim öz üzərimizdə işləməliyik.  
Apardığım bütün ictimai fəaliyyətlərim məni məmnun edir, qarşıma qoyduğum hədəflərimə çatmağımda mənə stimul verir. Ümüd edirəm ki, uşaqlıq xəyalım olan həkimlik sənətinə yiyələnməklə xalqımıza faydalı xidmət göstərə biləcəyəm. 

Xəbər lenti

4 dekabr, 12:12
6

Tural Əhmədov: Məktəbəqədər təhsil uşağın növbəti pillələrdə daha uğurlu olmasına təsir edir

4 dekabr, 11:47
16

Emin Əmrullayev: Bağçalarda təhsil komponentinə az diqqət yetirilir 

4 dekabr, 11:35
9

Həkimi bioloqa, hüquqşünası tarixçiyə, tarixçini kitabxanaçıya çevirən ixtisas seçimi

4 dekabr, 11:21
19

Uşaqların 80-90 faizi ən azı, bir il məktəbəqədər təhsilə cəlb edilir – Emin Əmrullayev

4 dekabr, 11:12
20

Nazir: Hədəfimiz məktəbəqədər təhsilə əlçatanlığın 50 faizə çatmasıdır

4 dekabr, 11:05
15

Felesiti Gilespi: Uşağın 22 aylıq inkişafı 26 yaşındakı təhsil göstəricisini müəyyən edir

4 dekabr, 10:52
13
4 dekabr, 10:44
9

""Green hands, green bags" daha yaxşı gələcək üçün" layihəsinin açılış mərasimi keçirilib

4 dekabr, 10:30
21

İxtisasların yeni təsnifatı diplomların tanınmasına necə təsir edəcək? - AÇIQLAMA

4 dekabr, 10:26
32

Afət Süleymanova: Fəaliyyətimin əhəmiyyətini elə təqdim etdilər ki, həyat hesabatımı yüngülləşdirdilər

4 dekabr, 10:16
11

ATU “Zəyəm Texnologiyaları Parkı” ilə əməkdaşlığa başlayıb

4 dekabr, 10:05
10

BDU-da “Diferensial və inteqral operatorlar” mövzusunda II respublika elmi konfransının açılış mərasimi olub

4 dekabr, 10:03
10

“Məktəbəqədər təhsildə liderlik” proqramı davam edir

4 dekabr, 09:59
10

İSİ-də Yunanıstanın Thessaly Universitetinin nümayəndələri ilə görüş keçirilib

4 dekabr, 09:54
10

“COP29 - Azərbaycanda” qrant layihəsi çərçivəsində təlim keçirilib

4 dekabr, 09:37
11

Elm və təhsil nazirinin müavini Mavritaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

4 dekabr, 09:33
12

Riyaziyyatın əyləncəli və öyrədici təşkili ilə bağlı layihə icra olunur

4 dekabr, 09:29
9

“Data analitikası və təhsil tədqiqatları” işçi qrupunun təlim görüşləri davam edir

4 dekabr, 09:16
16

Rusiyada məktəb zəngləri klassik musiqi və populyar mahnılarla əvəzlənəcək

4 dekabr, 09:12
15

Harvard Universitetinin alimləri ürək xəstəlikləri riskini azaldan "sirr"i aşkar ediblər

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.