Bütün xəbərlər
25 sentyabr, 12:37

“Mən artıq üç ildir ki, mütəmadi olaraq Azərbaycana gəlirəm. Təbii ki, bizim həm Elm və Təhsil Nazirliyi, həm Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, həm də Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə sıx əlaqələrimiz var”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Bakıda keçirilən “THE Avrasiya Universitetləri Sammiti” çərçivəsində spiker qismində iştirak edən Beynəlxalq Ali Təhsildə Keyfiyyət Təminatı Agentlikləri Şəbəkəsinin İdarə Heyətinin sədri Olgun Çiçək deyib.

Olgun Çiçək vurğulayıb ki, Azərbaycanda ali təhsil müəssisələrinin keyfiyyət təminatı ilə bağlı meyarların hazırlanması prosesindən etibarən bu sahədə birgə fəaliyyət təşkil edilib:

“Son iki ildə Azərbaycan bu istiqamətdə, xüsusilə beynəlmiləlləşmə sahəsində ciddi irəliləyiş göstərib. Həm reytinqlərdə, həm də keyfiyyət təminatı qurumları ilə əməkdaşlıqda universitetlər böyük fəallıq nümayiş etdirir. Dayanıqlı İnkişaf Məqsədləri sahəsində müxtəlif əməkdaşlıqlar, ortaq proqramlar və ikili diplom layihələri uğurla həyata keçirilir. Mən bu inkişafı çox müsbət qiymətləndirirəm. Əcnəbi tələbələrin sayının artması bunun bariz göstəricisidir. Eyni zamanda, xarici universitetlərin Azərbaycana gələrək əməkdaşlıq qurması və fəaliyyətə başlaması da mühüm əhəmiyyət kəsb edir. Demək olar ki, ali təhsildə beynəlmiləlləşmə davamlı prosesdir və bunun sonu yoxdur. Ona görə hər zaman irəliləyiş və təkmilləşmə üçün geniş imkanlar mövcuddur”.

Olgun Çiçək hesab edir ki, Azərbaycan bu imkanları çox yaxşı dəyərləndirir: “Həm region ölkələri, həm Avropa, həm də beynəlxalq miqyasda Asiya və Amerika ilə əlaqələr inkişaf etdirilir. Belə toplantılarda və tədbirlərdə bir araya gəlmək fikir mübadiləsinə, yeni tanışlıqların yaranmasına və yaxşı təcrübələrin öyrənilməsinə şərait yaradır. Bunlar bizim üçün çox dəyərlidir. Biz də Azərbaycanın universitetlərinin gördüyü uğurlu işləri, nailiyyətləri öyrənir və onları digər ölkələrdə nümunə kimi təqdim edirik. Ona görə mən bu mühitlərdəki görüşlərə və əməkdaşlıqlara xüsusi önəm verirəm. Bu əlaqələrin davamlı olması və elmlə, keyfiyyətlə və reytinqlərlə bağlı yeni istiqamətlərdə inkişaf etməsi çox vacibdir. Burada, sözsüz ki, nazirliyin böyük dəstəyi və töhfəsi var və bu məsələyə xüsusi diqqət yetirilir”.

Şərhlər

Xəbər lenti

25 sentyabr, 15:29

Millət vəkili: "TikTok" həyatın dibidir

25 sentyabr, 15:12

"Elm haqqında" Qanunda dəyişiklik edilməsi istiqamətində iş aparılır

25 sentyabr, 15:04

Elçin Mirzəbəyli: “Distant təhsillə bağlı dəyişiklik zərurətdir”

25 sentyabr, 15:02

Dərsliklərlə bağlı məsələlər parlamentdə müzakirəyə çıxarılacaq

25 sentyabr, 14:59

"Şəxsiyyət yetişdirilməsi prosesində boşluqlar var" – Milət vəkili

25 sentyabr, 14:40

Elçin Mirzəbəyli: “Təhsil nə qədər var, problem də olacaq” – MÜSAHİBƏ

25 sentyabr, 14:39

Gələcəyin sənayesi üçün universitetlərin potensialı gücləndirilir

25 sentyabr, 14:02

Elm və təhsil nazirinin Gədəbəydəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

25 sentyabr, 13:21

Şərqi London Universiteti Bakıda filial aça bilər

25 sentyabr, 13:03

MDU 10 ixtisas üzrə 20-dən çox təşkilat və qurumla əməkdaşlıq edir

25 sentyabr, 13:02

Sinqapurlu prorektor: Süni intellektin tədrisdə istifadəsini düşünməliyik

25 sentyabr, 12:20

Kristin Ozden: Tələbələr vaxt və məkan məhdudiyyəti olmadan öyrənə bilməlidirlər

25 sentyabr, 12:19

“THE Avrasiya Universitetləri Sammiti” öz işini panel müzakirələrlə davam etdirir

25 sentyabr, 12:10

Antonio Quttereş: Texnologiya ağamız deyil, xidmətçimiz olmalıdır

25 sentyabr, 11:59

“Yüksək nəticəni xüsusi hazırlıqsız da toplaya bilərsən” – MİQ-in müsahibəsində maksimal bal toplayanlar

25 sentyabr, 11:14

Süni intellekt uşaqların analiz qabiliyyətini zəiflədirmi? – Şərh

25 sentyabr, 11:02

Rüfət Əzizov: Dayanıqlılıq universitetlərin strateji planlaşdırmasının rutin elementi olmalıdır

25 sentyabr, 10:54

Olgun Çiçek: Ali məktəblərin rəqabətdən əməkdaşlığa keçidi vacibdir

25 sentyabr, 10:47

BMU Şandonq Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.