
“Elm və iqlim siyasəti üzrə biliklərin öyrənilməsi hamı üçün həm asan, həm də etibarlı olmalıdır. Bunun üçün öyrənmə modelləri müasir tələblərə uyğun çevik olmalı, qarışıq və özünə yönəlik təhsil imkanlarını birləşdirməlidir. Tələbələr vaxt və məkan məhdudiyyətindən asılı olmayaraq öyrənə bilməlidirlər”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri “Cambridge University Press”in iqlim təhsili üzrə qlobal direktoru Kristin Ozden Bakıda keçirilən “THE Avrasiya Universitetləri Sammit”inin panel müzakirəsində çıxış edərkən bildirib.
O əlavə edib ki, bəzi modellər mütləq xərclərin azaldılmasını tələb edir: "İkili diplom tipli birgə proqramlar kimi əməkdaşlıqlar isə bu istiqamətdə təsirli nümunədir”.
Kristin Ozden həmçinin qeyd edib ki, çevik öyrənmə yanaşmaları, onlayn və ənənəvi tədrisin kombinasiyası keyfiyyətdən güzəştə getmədən iqlim və elm təhsilinin daha geniş kütlələrə çatdırılmasına imkan yaradır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər