Bütün xəbərlər
25 sentyabr, 14:59

"Bu gün insan yetişdirməkdən söhbət gedirsə, şəxsiyyət amili məktəbəhazırlıq prosesindən, birinci sinifdən başlayaraq ali təhsilin son pilləsinədək ön planda dayanmalıdır".

Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində millət vəkili Elçin Mirzəbəyli deyib.

"Atomla bağlı sevdiyim bir fikir var, “İşıqlı düşüncənin daşıyıcısısansa, şəxsiyyətsənsə, atoma enerji mənbəyi kimi baxacaqsan, əks təqdirdə, dağıdıcı silah kimi”. Söhbət həm də milli-mənəvi dəyərlərə, ölkənin taleyinə münasibətdən, vətəndaşlıq qayəsindən gedir".

O əlavə edib ki, insan şəxsiyyət kimi formalaşmayıbsa, nə qədər böyük elmi olursa-olsun, nəinki cəmiyyətə, ailəsinə də faydalı ola bilməz:

"Fikrimcə, şəxsiyyət yetişdirilməsi prosesində boşluqlar var və onların aradan qaldırılması üçün təhsil prosesində, dərsliklərdə ciddi islahatlar aparılmalıdır. Elm və təhsil naziri Emin müəllim də bu məsələlərdən bəzilərinə toxundu. Xüsusən, “Azərbaycan tarixi” kitabları ilə bağlı dediyi fikirləri çox bəyəndim. Çünki yanaşma tərzi doğrudur. Tarix dərsliklərində tarixin anlaşılan dildə deyil, ağır cümlə və ifadələrlə təqdim edilməsi uşaqları tarix kitablarından uzaqlaşdırır. Kiçik hekayələrlə tarixi anlatmaq, sevdirmək lazımdır. Bu yolla məktəblilərin tarix haqında fikirlərinin formalaşmasına nail olmaq mümkündür".

Millət vəkili qeyd edib ki, “Azərbaycan dili”, “Ədəbiyyat” dərsliklərinin məzmununa yenidən baxmaq lazımdır:

"Məzmunun təhsil prosesinin məqsədinə uyğun olması ilə yanaşı, ideoloji yükü də önəm kəsb edir. Şəxsiyyətin formalaşması amili təhsilin hər pilləsindən, hər dərs kitabından, bu kitablarda təqdim edilən kontentdən keçir. Hər məzmun şəxsiyyətin formalaşması prosesində iştirak etməlidir".

Şərhlər

Xəbər lenti

25 sentyabr, 16:53

“Qrant layihələri yeni biliklər qazanmaq üçün əla fürsətdir” – Qaliblərin fikirləri

25 sentyabr, 16:48

Ülkər Səttarova: Elmi sahədə beynəlxalq əlaqələrimiz kifayət qədər inkişaf etməyib

25 sentyabr, 16:21

Emin Əmrullayev: Məqsədimiz basketbolda kütləviliyi artırmaqdır

25 sentyabr, 16:06

“ProQuest Central” akademik informasiya bazasının açılışı olub

25 sentyabr, 15:50

TİF ilə Azərbaycan-Türkiyə İş Adamları Birliyi arasında Memorandum imzalanıb

25 sentyabr, 15:48

Deputat: Təhsildə ikipilləli nə varsa, aradan qalxmalıdır

25 sentyabr, 15:45

Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçiriləcək

25 sentyabr, 15:38

Gənc yazıçılar nə istəyir ki, Yazıçılar Birliyi onu vermir və ya verə bilmir?

25 sentyabr, 15:37

Elçin Mirzəbəyli: Müəllim dəyərlərə sadiq qalmalı, işıqlı insanlar yetişdirməlidir

25 sentyabr, 15:33

“Uşaqlara fikirlərini ifadə etmək üçün imkan yaratmaq lazımdır, ağzından vurmaq yox” – Milət vəkili

25 sentyabr, 15:29

Millət vəkili: "TikTok" həyatın dibidir

25 sentyabr, 15:12

"Elm haqqında" Qanunda dəyişiklik edilməsi istiqamətində iş aparılır

25 sentyabr, 15:04

Elçin Mirzəbəyli: “Distant təhsillə bağlı dəyişiklik zərurətdir”

25 sentyabr, 15:02

Dərsliklərlə bağlı məsələlər parlamentdə müzakirəyə çıxarılacaq

25 sentyabr, 14:40

Elçin Mirzəbəyli: “Təhsil nə qədər var, problem də olacaq” – MÜSAHİBƏ

25 sentyabr, 14:39

Gələcəyin sənayesi üçün universitetlərin potensialı gücləndirilir

25 sentyabr, 14:02

Elm və təhsil nazirinin Gədəbəydəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

25 sentyabr, 13:21

Şərqi London Universiteti Bakıda filial aça bilər

25 sentyabr, 13:03

MDU 10 ixtisas üzrə 20-dən çox təşkilat və qurumla əməkdaşlıq edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.