Bütün xəbərlər
25 sentyabr, 16:53

Təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin, innovativ fəaliyyətin stimullaşdırılması məqsədilə Elm və Təhsil Nazirliyi dövlət tam orta məktəbləri və təşkilati-hüquqi formasından asılı olmayaraq, istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər üçün hər il “Təhsildə inkişaf və innovasiyalar qrant müsabiqəsi”ni elan edir. Bu il keçirilən IX qrant müsabiqəsinin nəticələri elan olunub və qaliblər müəyyən edilib.

“Azərbaycan müəllimi” Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX qrant qalibləri ilə tanış olub, təəssüratlarını öyrənib. 

“Maliyyə və texniki imkanlar müəllimin istədiyi yenilikləri tətbiq etməsinə şərait yaradır”

Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin direktoru Reyhan Yunisova 25 ildir ki, təhsil sahəsində fəaliyyət göstərir. “Fərdi layihələr” kateqoriyası üzrə qatıldığı “Riyaziyyatın fərdi ritmi: şagirdin sürətinə uyan öyrənmə modeli” adlı layihəsi 59 balla qiymətləndirilərək qalib gəlib. 

Reyhan müəllim bildirir ki, qrant layihələri təhsil işçilərinə təkcə maddi dəstək deyil, həm də təcrübə, bacarıq və yeni biliklər qazanmaq üçün əla fürsətdir: “Layihə vasitəsilə müəyyən bir problemi həll etmək və ya sosial dəyişiklik yaratmaq istəyi bu layihədə iştirak etməyimə səbəb oldu. Layihəm riyaziyyat dərslərində şagirdlərin fərdi öyrənmə tempi və tərzinə uyğunlaşdırılmış təlim modeli vasitəsilə tədrisin fərdiləşdirilməsi mövzusunu əhatə edir. Layihənin əsas məqsədi şagirdlərin fərdi təlim ehtiyaclarını nəzərə alaraq, onların riyaziyyat fənnindəki nailiyyətlərini artırmaq, dərsə marağını yüksəltmək və öyrənmədə davamlılığını təmin etməkdir”.

Qrant müsabiqəsinin təhsil işçilərinin motivasiyasının yüksəlməsinə necə təsir etməsi məsələsinə toxunan Reyhan Yunisova vurğulayıb ki, qrant layihəsi çərçivəsində ayrılan maliyyə və texniki imkanlar müəllimin istədiyi yenilikləri tətbiq etməsinə şərait yaradır və resursların olması müəllimi daha həvəslə işləməyə sövq edir. Məktəb rəhbəri qarşısına rəqəmsal və fərdiləşdirilmiş təhsili gücləndirmək, yeni qrant layihələri ilə daha geniş təhsil imkanları yaratmaq, peşəkar inkişafı davam etdirmək, şagirdlərə 21-ci əsr bacarıqlarını aşılamaq, təhsildə ədalətli və inklüziv mühit yaratmaq kimi hədəflər qoyduğunu və öz üzərində daim çalışdığını qeyd edib.

“Layihə vasitəsilə əldə olunan resurslar tədris keyfiyyətini yüksəldir”

Sumqayıt şəhər C.Səfərov adına 10 nömrəli tam orta məktəbin direktoru Səmra Quluzadə 15 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur: “3 ilə yaxındır ki, məktəb rəhbəri olaraq çalışıram. Artıq bir neçə ildir ki, qrant müsabiqəsinə qatılırdım. Lakin uğur qazanmaq bu il nəsib oldu. Əslində qazanmadığım 2 il mənə qalib olmaq üçün çox lazımlı təcrübə qazandırdı”. 

Səmra müəllimin “Onlayn komanda işinin təşkili üzrə beynəlxalq sertifikasiya” adlı layihəsi “Fərdi layihələr” kateqoriyası üzrə 59.6 balla seçilənlər sırasına daxil olub. Layihəsinin mövzusu haqqında bəhs edən S.Quluzadənin sözlərinə görə, müasir təhsil sistemində effektiv komanda işi və əməkdaşlıq tədris prosesinin vacib elementlərindəndir: “Pedaqoji heyət və digər maraqlı tərəflər arasında düzgün və məhsuldar əməkdaşlıq həm təhsilin keyfiyyətini artırır, həm də təhsil mühitində səmərəliliyi təmin edir. Ancaq bir çox təhsil müəssisələrində komanda işi və əməkdaşlıq bacarıqları zəif inkişaf edib. Müəllimlərin bu bacarıqları inkişaf etdirməkdə çətinliklər yaşamaları tədrisin effektivliyini aşağı salır və təhsilalanlar üçün optimallaşdırılmış tədris təcrübəsi yaratmaqda maneələr törədir. Ənənəvi komanda işinə yanaşmalar daha çox üz-üzə əlaqələrə əsaslanırdı. Lakin rəqəmsal transformasiya və pandemiya dövründə onlayn tədris və komanda işinin əhəmiyyəti daha da artıb”. 

S.Quluzadə müəllimlər, idarəetmə heyəti və valideynlər arasında düzgün,  effektiv onlayn ünsiyyətin olmamasının təhsil prosesində anlaşılmazlıqların yaranmasına gətirdiyini deyib. “Bunun nəticəsində müəllimlərin və digər təhsil iştirakçılarının işlərini daha səmərəli şəkildə təşkil etmələri, məlumat mübadiləsini asanlaşdırmaları və qərar qəbul etmə proseslərini sürətləndirmələri çətinləşir. Bu layihə müəllimlərə onlayn komanda işinin təşkili üzrə lazımi bacarıqları qazandırmaq və onları beynəlxalq “ICDL Workforce Teamwork” sertifikasiyasına hazırlamaq məqsədini daşıyır. Onlayn əməkdaşlıq vasitələrinin düzgün istifadəsi məktəb daxilində  təhsil iştirakçıları arasında koordinasiyanı gücləndirəcək. Layihə ilə həm müəllimlər, həm də məktəbin idarəetmə heyəti tədris və əməkdaşlıq proseslərini daha səmərəli və məqsədyönlü şəkildə həyata keçirə biləcək, rəqəmsal dünyada təhsil verən mütəxəssislər kimi inkişaf edəcəklər. İmtahan Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin (İTE) “ICDL Authorized Testing Centers” adlanan test mərkəzlərində keçiriləcək və Azərbaycan dilində aparılacaq. Layihə çərçivəsində beynəlxalq sertifikasiyaya hazırlıq üzrə təlim proqramı işlənəcək, ümumi təhsil məktəbinin 30 nəfər müəllimi ICDL sertifikasiyasına hazırlıq təlimlərinə qatılacaq. Təlimdən keçən müəllimlər imtahanlarda iştirak etmək üçün vauçerlər əldə edəcəklər. Müəllimlər “ICDL Authorized Testing Centers”də imtahanda iştirak edəcəklər”, – layihə müəllifi bildirib. 

Builki müsabiqənin yenilikləri barədə danışan məktəb rəhbəri qeyd edib ki, məhdudiyyətlərin və texniki tələblərin dəqiqləşdirililməsi nəticəsində artıq daha çox iştirakçının qalib olma imkanı var: “Qiymətləndirmə sistemi şəffafdır, iştirakçılara apellyasiya fürsəti də verilir. Onlar nəticələrlə razılaşmadıqda apellyasiya müraciəti edə bilərlər”.

Müsabiqənin önəminə diqqət çəkən qalib deyib ki, qrant layihəsində iştirak pedaqoqun yaradıcılıq potensialını üzə çıxararaq peşəkar inkişafına mühüm töhfə verir: “Uğur qazanmaq müəllimin özünəinamını gücləndirir və həmkarlar arasında nüfuzunu artırır. Layihə vasitəsilə əldə olunan resurslar tədris keyfiyyətini yüksəldir və iş prosesini daha səmərəli edir. Komanda işi şəraitində müəllim həm əməkdaşlıq bacarıqlarını inkişaf etdirir, həm də kollektiv ruhunu möhkəmləndirir. Bütün bunlar müəllimin motivasiyasını artıraraq gələcək fəaliyyətində daha iddialı olmasına stimul yaradır”. 

Gələcək planları haqqında danışan Səmra müəllim fərdi layihəsini genişləndirərək daha çox müəllim və şagirdin faydalanmasını istədiyini, təhsil prosesində innovativ yanaşmaların tətbiqini artırmaq və davamlı inkişafı təmin etməyi hədəflədiyini söyləyib: “Arzum odur ki, bu təcrübə ölkənin digər məktəbləri üçün də nümunə olsun. Layihəmin nəticələrini praktik tədris mühitində tətbiq edərək uzunmüddətli fayda yaratmağı planlaşdırıram. Eyni zamanda, müəllim və şagirdlər üçün motivasiyaedici uğur hekayəsi formalaşdırmaq istəyirəm”.

1 /2

Şərhlər

Xəbər lenti

25 sentyabr, 17:47

Rektor: Universitetlər yüksəkkeyfiyyətli xidmətlər göstərməlidir

25 sentyabr, 17:38

Ali təhsildə keyfiyyət təminatı üzrə II ADA Simpoziumunun açılış mərasimi keçirilib

25 sentyabr, 17:35

Kursantların hazırlanmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi qaydası müəyyənləşib

25 sentyabr, 16:54

Macarıstanın naziri: Avrasiyada Şərq və Qərb arasında körpü kimi yeni ali təhsil episentri yaranır

25 sentyabr, 16:48

Ülkər Səttarova: Elmi sahədə beynəlxalq əlaqələrimiz kifayət qədər inkişaf etməyib

25 sentyabr, 16:21

Emin Əmrullayev: Məqsədimiz basketbolda kütləviliyi artırmaqdır

25 sentyabr, 16:06

“ProQuest Central” akademik informasiya bazasının açılışı olub

25 sentyabr, 15:50

TİF ilə Azərbaycan-Türkiyə İş Adamları Birliyi arasında Memorandum imzalanıb

25 sentyabr, 15:48

Deputat: Təhsildə ikipilləli nə varsa, aradan qalxmalıdır

25 sentyabr, 15:45

Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçiriləcək

25 sentyabr, 15:38

Gənc yazıçılar nə istəyir ki, Yazıçılar Birliyi onu vermir və ya verə bilmir?

25 sentyabr, 15:37

Elçin Mirzəbəyli: Müəllim dəyərlərə sadiq qalmalı, işıqlı insanlar yetişdirməlidir

25 sentyabr, 15:33

“Uşaqlara fikirlərini ifadə etmək üçün imkan yaratmaq lazımdır, ağzından vurmaq yox” – Milət vəkili

25 sentyabr, 15:29

Millət vəkili: "TikTok" həyatın dibidir

25 sentyabr, 15:12

"Elm haqqında" Qanunda dəyişiklik edilməsi istiqamətində iş aparılır

25 sentyabr, 15:04

Elçin Mirzəbəyli: “Distant təhsillə bağlı dəyişiklik zərurətdir”

25 sentyabr, 15:02

Dərsliklərlə bağlı məsələlər parlamentdə müzakirəyə çıxarılacaq

25 sentyabr, 14:59

"Şəxsiyyət yetişdirilməsi prosesində boşluqlar var" – Milət vəkili

25 sentyabr, 14:40

Elçin Mirzəbəyli: “Təhsil nə qədər var, problem də olacaq” – MÜSAHİBƏ

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.