Bütün xəbərlər
25 sentyabr, 16:06

Bu gün “THE Avrasiya Universitetləri Sammiti” çərçivəsində “ProQuest Central” akademik informasiya bazasının rəsmi açılış mərasimi keçirilib. Mərasimdə universitetlərin nümayəndələri, “Clarivate” şirkətinin satış üzrə mütəxəssisləri, həmçinin Azərbaycanda fəaliyyət göstərən kitabxanaların təmsilçiləri iştirak ediblər. 

Tədbirdə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova bildirib ki, nüfuzlu şirkət olan “Clarivate” ilə ölkə səviyyəsində əməkdaşlıq mövcuddur:

“Bu sammit çərçivəsində Azərbaycanda “Clarivate” nümayəndələrini qarşılamaq böyük məmnunluq doğurur”.

Daha sonra layihə barədə geniş təqdimatla çıxış edən “Clarivate” şirkətinin məsləhətçisi İltifat İbrahimov qeyd edib ki, 2024-cü ildə əməkdaşlıq genişmiqyaslı abunəliyə çevrilib:

“Bu addımla Azərbaycanın bütün universitet və tədqiqat müəssisələrinə “Web of Science” platformasına çıxış imkanı yaradıldı. Bu isə Azərbaycan elminin beynəlxalq miqyasda mövqelərini gücləndirir”.

Onun sözlərinə görə, “ProQuest Central”ın milli səviyyədə istifadəyə verilməsi ilə 47 çoxşaxəli verilənlər bazasına, 43 min tam mətnli jurnal, 3,5 milyon ön çap məqaləsi, təxminən 400 min dissertasiya (o cümlədən bəzi Azərbaycan dissertasiyaları), qlobal xəbər arxivi, bazar hesabatları, konfrans materialları və s. çıxış imkanı əldə olunub.

Tədbirin sonunda isə “ProQuest Central” bazasının istifadəsinə dair təqdimat keçirilib və iştirakçılara sistemin imkanları barədə ətraflı təlim xarakterli məlumat verilib.

Şərhlər

Xəbər lenti

25 sentyabr, 17:47

Rektor: Universitetlər yüksəkkeyfiyyətli xidmətlər göstərməlidir

25 sentyabr, 17:38

Ali təhsildə keyfiyyət təminatı üzrə II ADA Simpoziumunun açılış mərasimi keçirilib

25 sentyabr, 17:35

Kursantların hazırlanmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi qaydası müəyyənləşib

25 sentyabr, 16:54

Macarıstanın naziri: Avrasiyada Şərq və Qərb arasında körpü kimi yeni ali təhsil episentri yaranır

25 sentyabr, 16:53

“Qrant layihələri yeni biliklər qazanmaq üçün əla fürsətdir” – Qaliblərin fikirləri

25 sentyabr, 16:48

Ülkər Səttarova: Elmi sahədə beynəlxalq əlaqələrimiz kifayət qədər inkişaf etməyib

25 sentyabr, 16:21

Emin Əmrullayev: Məqsədimiz basketbolda kütləviliyi artırmaqdır

25 sentyabr, 15:50

TİF ilə Azərbaycan-Türkiyə İş Adamları Birliyi arasında Memorandum imzalanıb

25 sentyabr, 15:48

Deputat: Təhsildə ikipilləli nə varsa, aradan qalxmalıdır

25 sentyabr, 15:45

Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçiriləcək

25 sentyabr, 15:38

Gənc yazıçılar nə istəyir ki, Yazıçılar Birliyi onu vermir və ya verə bilmir?

25 sentyabr, 15:37

Elçin Mirzəbəyli: Müəllim dəyərlərə sadiq qalmalı, işıqlı insanlar yetişdirməlidir

25 sentyabr, 15:33

“Uşaqlara fikirlərini ifadə etmək üçün imkan yaratmaq lazımdır, ağzından vurmaq yox” – Milət vəkili

25 sentyabr, 15:29

Millət vəkili: "TikTok" həyatın dibidir

25 sentyabr, 15:12

"Elm haqqında" Qanunda dəyişiklik edilməsi istiqamətində iş aparılır

25 sentyabr, 15:04

Elçin Mirzəbəyli: “Distant təhsillə bağlı dəyişiklik zərurətdir”

25 sentyabr, 15:02

Dərsliklərlə bağlı məsələlər parlamentdə müzakirəyə çıxarılacaq

25 sentyabr, 14:59

"Şəxsiyyət yetişdirilməsi prosesində boşluqlar var" – Milət vəkili

25 sentyabr, 14:40

Elçin Mirzəbəyli: “Təhsil nə qədər var, problem də olacaq” – MÜSAHİBƏ

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.