
“Biz həqiqətən də Boqota Universiteti ilə qürur duyuruq, çünki son iki ildə reytinq sistemində 400 pillə irəliləyib ki, bu da iki il yarıma görə pis nəticə deyil. Məncə, o, əla universitet idarəetməsi, əla tələbələr və əla professorlarla birgə rəqabətqabiliyyətli bir universitet modelidir”.
“Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Bakıda keçirilən “THE Avrasiya Universitetləri Sammiti”nin ikinci günündə Macarıstanın mədəniyyət və innovasiya naziri Balazs Hanko “Laboratoriyadan qanunvericiliyə doğru: Bərabər imkanlı innovasiya ekosistemlərinin qurulması” mövzusuna həsr olunmuş panel müzakirə zamanı səsləndirib.
O qeyd edib ki, daha çox əməkdaşlıq üçün ali təhsil sistemlərinin gücləndirilməsi, ali təhsilin imkanlarının artırılması və tələbə mübadiləsinin genişləndirilməsi üzrə səylər artırılmalıdır:
“Avrasiya regionunda Şərq və Qərb arasında bir körpü kimi yeni ali təhsil episentri yaranır. Biz Avrasiya regionuna fokuslanmalıyıq. Biz güclüyük, güclü millətlərə, güclü milli iqtisadiyyatlara və fəal dövlətlərə ehtiyacımız var. Fəal dövlətlərin əməkdaşlığı lazımdır. Buna görə də hesab edirik ki, bütün əlaqələr gücləndirilməlidir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər