
"Milli Məclisin Elm və təhsil komitəsində ictimai dinləmələr nəzərdə tutulur. Planlardan biri hər kəsi narahat edən dərsliklərlə bağlıdır".
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində millət vəkili Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, bu məsələ Elm və Təhsil Nazirliyini də narahat edir:
"Qənaətimə görə, bu da rezonans doğuracaq hadisələrdən biri olacaq. Mövzu baxımdan da əhəmiyyətlidir. Müzakirələr zamanı müxəlif sahələrlə bağlı bir neçə təkliflər səsləndirildi. Parlamentin elm və təhsil siyasətini həyata keçirən insanlarla tez-tez müzakirələr aparması, ictimaiyyətin fikirlərinin dinləməsi vacibdir".
Millət vəkili əlavə edib ki, universitetlərdə ötən sessiyada görüşlər uğurlu alındı. Bu, parlamentlə təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi baxımından da vacibdir:
"Ona görə də növbəti sessiya dövründə görüşlər və bu istiqamətdə müzakirələr intensivləşəcək. Qanunvericilik fəaliyyəti parlamentə daxil olan qanunların üzərində gedən işlərdən, müzakirələrdən asılıdır. Ona görə əvvəlcədən bu istiqamətdə hansısa məqamları müəyyənləşdirmək mümkün deyil. Amma nəticə etibarı ilə iş planımız genişdir".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər