
"Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin toplantıları nadir hallarda keçirilir və dəvət olunduqda iştirak edirəm. Yazıçılar Birliyi yaradıcı birlikdir, bəzən ondan gözləntilər bir nazirlikdən olan gözləntilər kimi olur".
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində millət vəkili Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Azərbaycan Yazıçılar Birliyi nazirlik deyil ki, insanların sosial problemlərini həll etsin, yaradıcı ittifaqdır və insanlar burda könüllülük əsasında birləşirlər:
"Ədəbiyyat sahəsində özünü doğruldan insanlar burada bir araya gəlirlər. Gənclərin nə istədiyinə gəlincə, onlar etrazçı olurlar. Elə mən özüm də gənclik illərində hər şeylə barışdığımı, hər şeyi olduğu kimi qəbul etdiyimi söyləyə bilmərəm. İnsan zaman keçdikcə, təcrübə qazandıqca müdrikləşir, bir zaman sənin üçün etiraz doğuran amillər təsirini itirir, sənə toxunan məqamlar adiləşir. Ona görə də gənclərin etirazlarını normal qəbul edirəm. Onların arasında prosesin sürətlənməsinə, yaradıcı mühit, daha geniş imkanlar yaranmasına xidmət edən yanaşmalar da var, şəxsiyyətə yönəlmiş olanlar da".
Deputat əlavə edib ki, birincilərin emosional şəkildə dilə gətirdikləri fikirləri dinləyib onlardan nəticə çıxartmaq mümkündürsə, bunu həyata keçirmək lazımdır:
"İkincilərin fikirlərini isə qətiyyən qəbul etmirəm və bunu əxlaqsızlıq hesab edirəm. Yaradıcı mühit, sadəcə Yazıçılar Birliyindən ibarət deyil. Birliyin üzvü olmayan onlarla yaradıcı insan var və Yazıçılar Birliyinə ehtiyacı da yoxdur. Azərbaycanda, ümumiyyətlə dünyanın bir çox yerində ədəbiyyat, poeziya gəlir gətirən sahə deyil. Ədəbiyyatın gəlir gətirən sahəyə çevrilməsi perspektivləri var və özünü sadəcə kitab çap edib satmaqda, paylamaqda göstərməli deyil. Digər kontentlər, elə təhsil sahəsində yaxşı məzmun yaratmaqda da özünü büruzə verə bilər. Yaxud seriallara baxanda orada məzmun, süjet problemlərinin olduğu aydın görünür. Halbuki bu sahədə peşəkar ədəbiyyatçılar iştirak edərsə, özlərini bu prosesin içərisində görməyi bacararlarsa, bu, ədəbiyyat sahəsinin də gəlirli sahələrdən olmasına zəmin yarada bilər".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər