
"TikTok"a ciddi yanaşmıram. Deyirlər ki, burada müxtəlif yanaşmalar var, kontentləri özün seçirsən, hansı mövzuya baxırsansa, qarşına məhz həmin mövzuda məsələlər, paylaşımlar çıxır. Amma seqmentin özünün səviyyəsi çox aşağıdır.
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində millət vəkili Elçin Mirzəbəyli deyib.
O bildirib ki, bu platforma qədər insanlarımızın düşüncəsinə mənfi təsir göstərən heç nə yoxdur. Orada baş verənlər “Facebook”da baş verə bilməz:
"Ora həyatın dibidir. “TikTok”u mənəviyyatsızlıq bataqlığı kimi qiymətləndirirəm və heç bir halda orada olmağı önəmli saymıram. Əksinə, mümkün qədər həmin platformadan uzaq durmalı olduğumu düşünürəm. Çünki o platformanı dəyişmək mümkün deyil. “TikTok” xaosdur. “Facebook”, “X” platformalarında siyasi, neqativ çağırışlarla qarşılaşmaq mümkündür, amma onun qarşılığını vermək də olur, aradan qaldırmaq da. Burada neqativlər o qədər çoxdur ki, onların hansına qarşı, necə mübarizə aparacağımı bilmirəm".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər