
Şərqi London Universiteti (University of East London, UEL) Bakıda filial açmaq imkanını nəzərdən keçirir.
“Azərbaycan müəllimi” “Report”a istinadən xəbər verir ki, bunu Lordlar Palatasının üzvü və universitetin rektoru lord Aamer Şarfraz (Lord Aamer Sarfraz) deyib.
"Azərbaycanlı tələbələrin Böyük Britaniyada təhsil almağa artan marağını görmək xoşdur. Mən bu ildən 40 min tələbənin təhsil aldığı böyük təhsil müəssisəsinin - Şərqi London Universitetinin rektoruyam. Biz Azərbaycanda kampus açmaq istərdik", – lord qeyd edib.
O, iki ölkənin təhsil müəssisələri arasında əməkdaşlığın möhkəmləndirilməsinin və tərəfdaşlıq əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər