Bütün xəbərlər
25 sentyabr, 10:47

Bakı Mühəndislik Universiteti (BMU) ilə Çinin nüfuzlu ali təhsil müəssisələri sırasında öncül mövqedə dayanan, eləcə də beynəlxalq arenada yüksək akademik nüfuza malik olan Şandonq Texnologiya Universiteti arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə onlayn formatda görüş baş tutub.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül görüşün universitetin nümayəndə heyətinin bu il Çinə etdiyi səfər çərçivəsində aparılmış danışıqların davamı olaraq təşkil olunduğunu vurğulayıb. Prorektor əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətindən danışaraq bunun hər iki tərəf üçün müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.      

Şandonq Texnologiya Universitetinin Beynəlxalq Mübadilə və Əməkdaşlıq Bürosunun direktor müavini Dr. Li Na da çıxışında görüşün əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi daşıdığını söyləyib və əməkdaşlığın faydalı cəhətlərini diqqətə çatdırıb.

Görüş zamanı bu ilin iyul ayında Çində iki ali təhsil ocağı arasında anlaşma memorandumunun imzalandığı önə çəkilib və sənəddən irəli gələn məsələlər müzakirə olunub. Tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, ikili diplom proqramlarının işlənməsi və tətbiqi, BMU-da Çin Mərkəzi, Şandong Texnologiya Universitetində isə Azərbaycan Mərkəzinin yaradılması ətrafında geniş fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, iki universitet arasında əlaqələrin dərinləşdirilməsi təhsil və elmi-tədqiqat sahəsində qarşılıqlı təcrübə mübadiləsinə, tələbə və müəllimlər üçün yeni imkanların yaradılmasına xidmət edəcək.

Şərhlər

Xəbər lenti

25 sentyabr, 15:12

"Elm haqqında" Qanunda dəyişiklik edilməsi istiqamətində iş aparılır

25 sentyabr, 15:04

Elçin Mirzəbəyli: “Distant təhsillə bağlı dəyişiklik zərurətdir”

25 sentyabr, 15:02

Dərsliklərlə bağlı məsələlər parlamentdə müzakirəyə çıxarılacaq

25 sentyabr, 14:59

"Şəxsiyyət yetişdirilməsi prosesində boşluqlar var" – Milət vəkili

25 sentyabr, 14:40

Elçin Mirzəbəyli: “Təhsil nə qədər var, problem də olacaq” – MÜSAHİBƏ

25 sentyabr, 14:39

Gələcəyin sənayesi üçün universitetlərin potensialı gücləndirilir

25 sentyabr, 14:02

Elm və təhsil nazirinin Gədəbəydəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

25 sentyabr, 13:21

Şərqi London Universiteti Bakıda filial aça bilər

25 sentyabr, 13:03

MDU 10 ixtisas üzrə 20-dən çox təşkilat və qurumla əməkdaşlıq edir

25 sentyabr, 13:02

Sinqapurlu prorektor: Süni intellektin tədrisdə istifadəsini düşünməliyik

25 sentyabr, 12:37

“Azərbaycan təhsildə keyfiyyət təminatı sahəsində ciddi irəliləyiş göstərib” – Olgun Çiçek

25 sentyabr, 12:20

Kristin Ozden: Tələbələr vaxt və məkan məhdudiyyəti olmadan öyrənə bilməlidirlər

25 sentyabr, 12:19

“THE Avrasiya Universitetləri Sammiti” öz işini panel müzakirələrlə davam etdirir

25 sentyabr, 12:10

Antonio Quttereş: Texnologiya ağamız deyil, xidmətçimiz olmalıdır

25 sentyabr, 11:59

“Yüksək nəticəni xüsusi hazırlıqsız da toplaya bilərsən” – MİQ-in müsahibəsində maksimal bal toplayanlar

25 sentyabr, 11:14

Süni intellekt uşaqların analiz qabiliyyətini zəiflədirmi? – Şərh

25 sentyabr, 11:02

Rüfət Əzizov: Dayanıqlılıq universitetlərin strateji planlaşdırmasının rutin elementi olmalıdır

25 sentyabr, 10:54

Olgun Çiçek: Ali məktəblərin rəqabətdən əməkdaşlığa keçidi vacibdir

25 sentyabr, 10:36

Fil Bati: Elmi işlərin nüfuzunu yalnız sadə istinad sayı ilə ölçmək dövrü bitib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.