Bütün xəbərlər
25 sentyabr, 11:02

“Biz tez-tez dayanıqlılığın praktik tərifini unuduruq. Mənim üçün dayanıqlılıq düzgün olanı düzgün şəkildə uzun müddət etmək deməkdir, etik prinsipləri, sosial məsuliyyəti daxil və resurslardan daha səmərəli istifadə etməkdir”. 

“Azərbaycan müəllimi" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov Bakıda keçirilən “THE Avrasiya Universitetləri Sammiti”nin ikinci günündə “Avrasiya universitetləri iqlim fəaliyyətini necə təşkil edir” mövzusuna həsr olunmuş panel müzakirə zamanı deyib.

O bildirib ki, bu yanaşma gündəlik rutinlərə və müəssisələrin strategiyasına daxil edilməlidir:

“Dayanıqlılıq yalnız layihələr başlatmaq, bəzən təşəbbüslər həyata keçirmək və ya xüsusi tədris proqramları hazırlamaq deyil. Əksinə, dayanıqlılıq iqlim dəyişikliyi, yeni və alternativ enerji mənbələri də daxil olmaqla, universitetin əsas strategiyasının bir hissəsi olmalıdır. Məsələn, Azərbaycanda dayanıqlılıq və davamlı inkişaf bu elementlərin hamısını əhatə edərək universitetin strateji inkişafının bir hissəsi olmalıdır”.

Onun sözlərinə görə, bu il beynəlxalq reytinqlərində Azərbaycanın 28 universiteti yer alıb. Azərbaycanda yalnız 52 universitet olduğu halda, yarıdan çoxu reytinqə daxil edilib. Eyni zamanda, Qazaxıstandan 36 və Özbəkistandan 59 universitet reytinqə daxil edilib:

“Bu bölgədə dayanıqlılıq və iqlim dəyişikliyi getdikcə daha vacib mövzuya çevrilir. Əslində, müasir dünyamızda İT texnologiyaları artıq müxtəlif mexaniki, fiziki və bioloji sistemlərdə, eləcə də təhsilin bütün məzmununda tətbiq edilməyə başlanılıb. Bu il Strasburq Universiteti ilə birlikdə Su İdarəetmə Resursları üzrə magistratura proqramına başladıq. Bu həmçinin ikili diplom proqramıdır. Bunlar proqram əsaslı uğurlu nümunələr olsa da, dayanıqlılıq hər bir universitetin strateji planlaşdırmasının rutin elementi olmalıdır”.

Şərhlər

Xəbər lenti

25 sentyabr, 15:12

"Elm haqqında" Qanunda dəyişiklik edilməsi istiqamətində iş aparılır

25 sentyabr, 15:04

Elçin Mirzəbəyli: “Distant təhsillə bağlı dəyişiklik zərurətdir”

25 sentyabr, 15:02

Dərsliklərlə bağlı məsələlər parlamentdə müzakirəyə çıxarılacaq

25 sentyabr, 14:59

"Şəxsiyyət yetişdirilməsi prosesində boşluqlar var" – Milət vəkili

25 sentyabr, 14:40

Elçin Mirzəbəyli: “Təhsil nə qədər var, problem də olacaq” – MÜSAHİBƏ

25 sentyabr, 14:39

Gələcəyin sənayesi üçün universitetlərin potensialı gücləndirilir

25 sentyabr, 14:02

Elm və təhsil nazirinin Gədəbəydəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

25 sentyabr, 13:21

Şərqi London Universiteti Bakıda filial aça bilər

25 sentyabr, 13:03

MDU 10 ixtisas üzrə 20-dən çox təşkilat və qurumla əməkdaşlıq edir

25 sentyabr, 13:02

Sinqapurlu prorektor: Süni intellektin tədrisdə istifadəsini düşünməliyik

25 sentyabr, 12:37

“Azərbaycan təhsildə keyfiyyət təminatı sahəsində ciddi irəliləyiş göstərib” – Olgun Çiçek

25 sentyabr, 12:20

Kristin Ozden: Tələbələr vaxt və məkan məhdudiyyəti olmadan öyrənə bilməlidirlər

25 sentyabr, 12:19

“THE Avrasiya Universitetləri Sammiti” öz işini panel müzakirələrlə davam etdirir

25 sentyabr, 12:10

Antonio Quttereş: Texnologiya ağamız deyil, xidmətçimiz olmalıdır

25 sentyabr, 11:59

“Yüksək nəticəni xüsusi hazırlıqsız da toplaya bilərsən” – MİQ-in müsahibəsində maksimal bal toplayanlar

25 sentyabr, 11:14

Süni intellekt uşaqların analiz qabiliyyətini zəiflədirmi? – Şərh

25 sentyabr, 10:54

Olgun Çiçek: Ali məktəblərin rəqabətdən əməkdaşlığa keçidi vacibdir

25 sentyabr, 10:47

BMU Şandonq Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirir

25 sentyabr, 10:36

Fil Bati: Elmi işlərin nüfuzunu yalnız sadə istinad sayı ilə ölçmək dövrü bitib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.