Bütün xəbərlər
25 sentyabr, 14:39

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Koreya-Azərbaycan Məzunlar Assosiasiyasının tərəfdaşlığı ilə “Gələcək bacarıqlar 4.0: Gələcəyin sənayesi üçün universitetlərin potensialının qurulması” layihəsinin icrası ilə bağlı təqdimat keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA Azərbaycan) maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi sənaye 4.0 çağırışlarına müvafiq olaraq universitetlərin tədris proqramlarını sənayenin inkişaf dinamikasına uyğunlaşdırılmasına dəstək vermək, bununla da akademik təlimlə əmək bazarının tələbləri arasında daha güclü əlaqə yaratmaqdır.

Vörkşopda KOİCA Təqaüd Proqramının məzunu, layihənin rəhbəri Gülminə Məlikzadə tərəfindən hazırlanmış “Təlimat kitabçası” tədbir iştirakçılarına təqdim olunub.

Tədbirdə KOİCA-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Hvanq Sulim, Cənubi Koreya Respublikasının Azərbaycan səfirliyinin konsulu Kim Çanqsu, Koreya-Azərbaycan Məzunlar Assosiasiyasının rəhbəri Emil İskəndərov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İctimaiyyətlə əlaqələr və Marketinq Mərkəzinin direktoru İsa Muradov, müxtəlif universitetlər və sənaye sektorlarından ekspertlər, tələbələr və beynəlxalq tərəfdaşlar iştirak ediblər.

İştirakçılar layihənin əsas istiqamətləri barədə məlumatlandırılıb və sənaye müəssisələrinin nümayəndələri, universitetlər və tələbələrin iştirakı ilə keçirilmiş sorğuların nəticələrinə dair hesabatla tanış olublar.

Bu təşəbbüs universitetlərdə 4-cü sənaye inqilabı texnologiyaları üzrə praktiki və kompetensiyaya əsaslanan tədris çərçivələrinin tətbiq edilməsi və tələbələrin praktiki bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.

1 /3

Şərhlər

Xəbər lenti

25 sentyabr, 16:48

Ülkər Səttarova: Elmi sahədə beynəlxalq əlaqələrimiz kifayət qədər inkişaf etməyib

25 sentyabr, 16:21

Emin Əmrullayev: Məqsədimiz basketbolda kütləviliyi artırmaqdır

25 sentyabr, 16:06

“ProQuest Central” akademik informasiya bazasının açılışı olub

25 sentyabr, 15:50

TİF ilə Azərbaycan-Türkiyə İş Adamları Birliyi arasında Memorandum imzalanıb

25 sentyabr, 15:48

Deputat: Təhsildə ikipilləli nə varsa, aradan qalxmalıdır

25 sentyabr, 15:45

Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçiriləcək

25 sentyabr, 15:38

Gənc yazıçılar nə istəyir ki, Yazıçılar Birliyi onu vermir və ya verə bilmir?

25 sentyabr, 15:37

Elçin Mirzəbəyli: Müəllim dəyərlərə sadiq qalmalı, işıqlı insanlar yetişdirməlidir

25 sentyabr, 15:33

“Uşaqlara fikirlərini ifadə etmək üçün imkan yaratmaq lazımdır, ağzından vurmaq yox” – Milət vəkili

25 sentyabr, 15:29

Millət vəkili: "TikTok" həyatın dibidir

25 sentyabr, 15:12

"Elm haqqında" Qanunda dəyişiklik edilməsi istiqamətində iş aparılır

25 sentyabr, 15:04

Elçin Mirzəbəyli: “Distant təhsillə bağlı dəyişiklik zərurətdir”

25 sentyabr, 15:02

Dərsliklərlə bağlı məsələlər parlamentdə müzakirəyə çıxarılacaq

25 sentyabr, 14:59

"Şəxsiyyət yetişdirilməsi prosesində boşluqlar var" – Milət vəkili

25 sentyabr, 14:40

Elçin Mirzəbəyli: “Təhsil nə qədər var, problem də olacaq” – MÜSAHİBƏ

25 sentyabr, 14:02

Elm və təhsil nazirinin Gədəbəydəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

25 sentyabr, 13:21

Şərqi London Universiteti Bakıda filial aça bilər

25 sentyabr, 13:03

MDU 10 ixtisas üzrə 20-dən çox təşkilat və qurumla əməkdaşlıq edir

25 sentyabr, 13:02

Sinqapurlu prorektor: Süni intellektin tədrisdə istifadəsini düşünməliyik

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.