
Oktyabrın 4-də Bakı Slavyan Universitetində Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçiriləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, Beynəlxalq Forum Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin tərəfdaşlığı, Bakı Slavyan Universiteti və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formada reallaşacaq.
Forumun keçirilməsində əsas məqsəd təhsildə yeni çağırışları müzakirə etmək, hər kəs üçün keyfiyyətli təhsil, xarakter və iradə tərbiyəsi, emosional və süni zəkanın balansı məsələlərinə diqqəti artırmaq, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə töhfə verməkdir.
“Konstitusiya və Suverenlik İli”nə həsr edilən Beynəlxalq Forum “Daha təhsilli gələcək” devizi ilə reallaşacaq.
Forumda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer, Baltaş Qrupun rəhbəri, tanınmış türkiyəli psixoloq Acar Baltaş, Britaniya Təhsil Təchizatçıları Assosiasiyasının baş direktoru Kəralayn Rayt, Riqa Klassik Dövlət Gimnaziyasının direktoru Roman Əliyev, Baltaş Qrupunun qurucusu, tanınmış türkiyəli psixoloq Zuhal Baltaş, xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində Harvard Universitetində təhsilin siyasəti və təhlili üzrə magistratura təhsili almış Lalə Əliyeva, Estoniya Karyera Təhsil Akademiyasının rəhbəri Sənəm Əli təqdimatlarla çıxış edərək öz təcrübələrini bölüşəcəklər.
Forum “Emosional və süni zəkanın balansı, hər kəs üçün keyfiyyətli təhsil, sürət dövrü: xarakter və iradə tərbiyəsi, təcili təhsil yardımı: çoxnövlü savadlılıq” mövzularını əhatə edəcək.
Forum çərçivəsində “Təhsildə emosional və süni zəkanın balansı necə tənzimlənməlidir? Necə edək ki, keyfiyyətli təhsil hər kəs üçün əlçatan olsun və heç bir təhsilalan kənarda qalmasın? Sürət dövründə xarakter və iradə tərbiyəsinə diqqəti necə artıra bilərik? Bu kontektsdə hansı ənənəvi yanaşmalar yeni yanaşmalarla əvəzlənməlidir? Təhsil prosesinin iştirakçıları hansı uğur anlayışına köklənməlidirlər? Təcili təhsil yardımını təmin olunması və çoxnövlü savadlılığın təşviq edilməsi üçün hansı addımların atılmasına ehtiyac var? Təhsil prosesinin bütün tərəflərini özünün ən yaxşı versiyası olmaq prosesinə necə cəlb etmək olar?” sualları ətrafında müzakirələr aparılacaq.
Forumda onlayn iştirakçı linkini müvafiq “WhatsApp” kanalına qoşularaq əldə edə bilərsiniz:
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər