
"Müəllim nümunə yaratmalıdır və bu nümunə təkcə əxlaqi davranışlarda yox, intellektual potensialında, bacarıqlarında, öz üzərində işləmək məharətində, daim yeniliyə açıq olmasında büruzə verməlidir".
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində millət vəkili Elçin Mirzəbəyli deyib.
O bildirib ki, müəllim əxlaq kriteriyalarına, davranış, birgə yaşayış qaydalarına əməl etməli, mərhəmətli, əzmkar olmalıdır:
"Müəllim yalnız bu komponentləri birləşdirəndən sonra auditoriyaya çıxmalıdır. Ola bilər müasir elmin, təhsilin prioritetləri mənim düşüncəmdən fərqlidir, yanaşmalar ayrıdır. Ancaq mən də özümü köhnə dünyanın insanı hesab etmirəm. Düşünürəm ki, yüz, min illərdən gələn xalqın xüsusiyyətlərinin, eyni mədəniyyətin daşıyıcısı deyilsənsə, yaratdığın nümunələrin işığı olmayacaq. Qənaətim budur: müəllim kim olursa-olsun, birinci növbədə dəyərlərə sadiq qalmalı, işıqlı insanlar yetişdirməlidir".
Millət vəkili əlavə edib ki, müəllim öz üzərində işləməlidir, ən azı öz şəxsiyyətinə, özünə hörmət edirsə:
"Düzdür, burada motivasiya da önəmli faktorlardan biridir, amma motivasiyaya qədər özün nələrsə etməlisən. Müəllim yeniliklərə açıq olmalı, amma bu formal xarakter daşımamalıdır. Hər gün bir geyim geyinib tələbənin keyfiyyətli təhsil almasına töhfə vermək mümkün deyil. Məzmun yeniliklərinə can atmalıdır".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər