
“Məqsədimiz basketbolda kütləviliyi artırmaqdır”.
“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev yeni mövsümlə bağlı keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, idman yalnız meydandakı mübarizə yox, həm də əyləncədir: "Çalışırıq ki, insanlar basketbolu sevsinlər. Ümumiyyətlə, bu idman növünün birdən-birə inkişaf etməsi çətindir. Buna zaman lazımdır. Üç-dörd il bundan əvvəl bizdə oturuşmuş basketbol klubu yox idi. Yalnız NTD-ni saymaq olar. Lakin indi vəziyyət müsbətə doğru dəyişir. Artıq bölgələrimizi də təmsil edən kollektivlər var. Çalışırıq ki, hər il komandalara ən azı bir-iki sponsor tapaq. Hazırda liqada olan 12 klubdan yarısı tam olaraq formalaşıb”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər