.jpeg)
"Təhsildə ikipilləli nə varsa, aradan qalxmalıdır. Bu, özünü qəbul imtahanlarında da göstərməlidir".
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində millət vəkili Elçin Mirzəbəyli deyib.
O bildirib ki, yalnız tam orta təhsil bazasında keçirilən imtahanların nəticələri əsasında ali təhsil müəssisələrinə qəbul aparılmalıdır:
"Şagirdlərə, sonra abituriyentlərə ikiqat, üçqat stres yaşatmağa ehtiyac yoxdur. Məktəbin nüfuzunun artmasından danışır, bunu vacib komponent hesab ediriksə, məktəbə nüfuzunu artırmaq imkanı verən addımları da atmalıyıq. O zaman biz yarımçıq insanlar, test robotları hazırlamayacağıq, bütün fənlər barədə məlumatlı insanlar yetişdirəcəyik. Mexanizmin necə tətbiq ediləcəyi, imtahanı hansı qurumun götürəcəyi ikinci dərəcəli, texniki məsələlərdir. Burada əsas məsələ müxtəlif fənlər üzrə təhsil alan, orta məktəblərdə dərs keçən şagirdin humanitar fənlərin əksini tapdığı ixtisas qrupu üzrə hazırlaşsa da, fizika və riyaziyyatdan məlumatlı olmasıdır. Bu, müəllimin də nüfuzunu yüksəldəcək, məktəbin də. Mexanizmlər yaratmaq lazımdır ki, prosesə təsir göstərsin. Bəzən bu mexanizmlər süni də ola bilər. Amma biz mexanizmlər əvəzinə sərhədlər yaradırıq".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər