
“Universitetlər kommersiya sektoru ilə səmərəli əməkdaşlıq edə bilsələr, yalnız güclü insan kapitalının yeni nəslini yetişdirməklə kifayətlənməyəcək, həm də dəyərli xidmətlər təqdim edə biləcəklər”.
“Azərbaycan müəllimi" xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetin rektoru Vilayət Vəliyev Bakıda keçirilən “THE Avrasiya Universitetləri Sammiti”nin ikinci günündə “Avrasiya əməkdaşlığının gələcəyini formalaşdırmaq” mövzusuna həsr olunmuş panel müzakirə zamanı deyib.
O qeyd edib ki, universitetlər müəyyən yüksəkkeyfiyyətli xidmətlər göstərməlidir:
“Bu transmilli araşdırmalar, məlumat analitikası ola bilər. Bunlar universitetlərin töhfə verə biləcəyi sahələrdən bəziləridir və bu onların müstəqil kommersiya qurumları ilə işləmək qabiliyyətini gücləndirər”.
Eyni zamanda, o xatırladıb ki, inkişaf üçün həmişə imkan var:
“Universitetlərin bu sahədə böyük potensialı var. Tələbələr müəyyən bir layihə üzərində işləyə bilməli, məxfilik məsələlərinin vacib olduğunu, həssaslığın önəm daşıdığını anlamalıdırlar. Lakin burada çoxlu bürokratiya var idi. İnternet və açıq mənbə arasında təhlükəsiz bir çərçivənin inkişafı üçün böyük potensial mövcuddur. Ümid edirik ki, müəyyən dərəcədə bu çərçivə daxilində açıq mənbə sistemində məxfilik məsələləri təmin oluna bilər”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər