
“Tədris üçün yeni vasitələr, bilik çatdırmaq üçün yeni yollar araşdırmaq vaxtıdır”.
“Azərbaycan müəllimi" xəbər verir ki, bunu Sinqapur Nyukasl Universitetinin prorektoru və baş icraçı direktoru Abhishek Singh Bhai Bakıda keçirilən “THE Avrasiya Universitetləri Sammiti”nin ikinci günündə “Avrasiya üzrə ali təhsildə rəqəmsal keçidi idarə etmək” mövzusuna həsr olunmuş panel müzakirə zamanı deyib.
O qeyd edib ki, virtual reallıq, simulyativ təcrübələr və böyük dil modelləri kimi generativ texnologiyalar gələcəyin tədris üsullarıdır:
“Texnologiyalara əlçatanlıq probleminin oldu]unu başa düşürəm, amma biz artıq bu istiqamətdə hərəkət etməyə başlamalıyıq. Tələbələr arasında akademik saxtakarlığı dayandırmağa fokuslanmaq əvəzinə süni intellekt alətlərini genişləndirməyi və tədrisdə necə istifadə etdiyimizi yenidən düşünməliyik”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər