
“Reytinqlər ali təhsil sahəsində dominant olsa da, bir çox iştirakçılar daha ədalətli, dayanıqlı və əməkdaşlıq yönümlü yanaşmaların vacibliyini vurğulayırlar”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Beynəlxalq Ali Təhsildə Keyfiyyət Təminatı Agentlikləri Şəbəkəsinin İdarə Heyətinin sədri Olgun Çiçek Bakıda keçirilən “THE Avrasiya Universitetləri Sammiti”nin ikinci günündə “Keyfiyyət təminatı universitetlərin dayanıqlı inkişaf məqsədlərinə necə təsir edə bilər” mövzusuna həsr olunmuş panel müzakirə zamanı deyib.
O bildirib ki, ortaq dəyər və maraqların formalaşması üçün müxtəlif aktorların daha həssas olması mümkündür. Bunun üçün ortaq məqsədlər ətrafında dialoqların qurulması, rəqabətdən əməkdaşlığa keçid və bilik mübadiləsinin təşviqi vacibdir:
“Beləliklə, fərqlilik aktorların rollarından irəli gəlsə də, cavabdehlik yalnız daha geniş məqsədlər ətrafında birləşdikdə güclənir”.
O, Avrasiya regionundakı ölkələrin agentlikləri və qurumları ilə çalışdığını qeyd edib: “Vəziyyət yaxşılaşır, amma biz hələ infrastruktur, qiymətləndirmə meyarları və standartlar baxımından tam hazır deyilik, bunu agentlik perspektivindən deyirəm. Lakin bizim institutlarımız haqqında danışsaq, onlar çox yaxşı iş görürlər, həm də bunu praktikada tətbiq edirlər. Bununla belə, biz bölgədəki agentliklərlə müzakirə aparırıq ki, onların standart və kriteriyalarına daha çox Dayanıqlı İnkişaf Məqsədlərini daxil etmələri lazımdır”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər