Bütün xəbərlər
16 noyabr, 10:03

Artıq bir neçə gündür ki, Bakı dünyada miqyasına görə ən geniş və nüfuzlu tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP 29) ev sahibliyi edir. 

196 ölkədən 72 min iştirakçının, o cümlədən 80 prezident, vitse-prezident və baş nazirin qatıldığı tədbir möhtəşəmliyi, yüksək təşkilatçılığı  və müzakirə olunan mövzuların aktuallığı baxımından diqqətləri özünə çəkib. Ekoloji problemlərin həlli yollarını  birlikdə müəyyən etmək üçün dünya Azərbaycana toplaşıb. COP29 çərçivəsində keçirilən tədbirlər, iqlim problemlərinin yaratdığı təbii fəlakətlərin doğurduğu acı nəticələr, “yaşıl” enerji və digər mövzular ölkə ictimaiyyəti, alimlərimiz və müxtəlif sahələrin mütəxəssisləri tərəfindən də maraqla izlənilməkdədir. 

“Azərbaycan müəllimi” qəzetinə COP29-la bağlı öz təəssüratlarını bölüşən Psixologiya Elmi -Tədqiqat İnstitutunun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov bildirir ki, belə bir mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi qürurvericidir. 

Onun sözlərinə görə, COP29 yalnız ekoloji problemlərin həlli üçün deyil, həm də iqlim dəyişikliyinin insan psixologiyasına təsiri baxımından  əhəmiyyətlidir. Belə ki, qlobal səviyyədə iqlim dəyişiklikləri bu gün qarşılaşdığımız ən ciddi problemlərdən biridir. Onun yaratdığı ekoloji, sosial və iqtisadi dəyişikliklər yalnız təbiətə deyil, insanların psixoloji sağlamlığına da mənfi təsir göstərir: “Təbii fəlakətlər, yaşayış mühitinin dəyişməsi, gələcək haqqında qeyri-müəyyənlik kimi amillər insanlarda “ekoloji kədər” və ya “iqlim narahatlığı” kimi yeni psixoloji vəziyyətlər yaradır. İqlim dəyişikliyi ətraf mühitlə bağlı narahatlıq, stres və “eko həyəcan” adlanan psixoloji vəziyyətlərin artmasına səbəb olur. İnsanlar, xüsusilə gənclər və həssas qruplar gələcək nəsillərin yaşayış şəraiti və iqlim dəyişikliyinin təsirləri ilə bağlı ciddi narahatlıq keçirirlər. Bu narahatlıq onların emosional rifahına, gündəlik həyatlarına və ümumi psixoloji vəziyyətinə də mənfi təsir göstərir. Psixologiya qlobal dəyişikliyin yaratdığı stres və narahatlıqla mübarizədə fərdlərə emosional dəstək təmin edə, cəmiyyətin daha dözümlü və dayanıqlı olmasına köməklik göstərə bilər”.

Elnur Rüstəmov onu da qeyd edir ki, Azərbaycan kimi iqlim dəyişikliyinə həssas ölkələrdə insanların bu dəyişikliklər qarşısında psixoloji dayanıqlığının artırılması və ekoloji problemlərlə bağlı yaranan həyəcan hissinə qarşı mübarizə üsullarının inkişaf etdirilməsi önəmli bir məsələdir: “Mən düşünürəm ki, COP29 iqlim dəyişikliyinin psixoloji təsirlərini azaltmaq, ictimaiyyəti bu mövzuda məlumatlandırmaq və insanları gələcək dəyişikliklərə psixoloji cəhətdən hazırlamaq üçün mühüm platforma rolunu oynayacaqdır”.

Xəbər lenti

5 fevral, 09:45

Bakı “Avrasiya Universitetləri Sammiti”nə ev sahibliyi edəcək

5 fevral, 09:32

Ölkəmizdə ilk dəfə “Biotəhlükəsizlik və biomühafizə” fənni tədris olunacaq

5 fevral, 09:28

ETN yanında İctimai Şuranın üzvləri Təhsilin İnkişafı Fondunda olublar

5 fevral, 09:25

“ADPU 2030” Strateji inkişaf planı qəbul olunub

5 fevral, 09:19

Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar

4 fevral, 18:55

2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub 

4 fevral, 17:44

Uşaqlar rol-modellərini necə seçirlər?

4 fevral, 17:40

Uşaqları ekran qarşısından uzaqlaşdırmaq üçün “meşə məktəbləri” yanaşması 

4 fevral, 17:33

Ümumi təhsil müssisələrində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib

4 fevral, 17:21

Şirvan-Salyan regionunda 4 məktəb üçün yeni bina tikilir 

4 fevral, 17:17

Süni intellekt fundamental fizikada inqilab yarada bilər

4 fevral, 16:51

Doktorantura birpilləli olarsa, elm daha da gəncləşəcək - Mütəxəssis

4 fevral, 16:36

“Post-it” pedaqogikası 

4 fevral, 16:31

Liderlik qabiliyyətinin inkişafı şagirdlərin sosial-ictimai həyatına necə təsir edir?

4 fevral, 16:05

Məşğulluq imkanlarını artırmaq üçün tələbələrin ehtiyacı olan 5 bacarıq

4 fevral, 15:48

Nəzakət Mehdiyeva: Müəllim üçün ən yaxşı öyrənmə metodu “dərsin qeybətini etmək”dir

4 fevral, 15:43

Arxeoloqlar 1300 illik artefakt tapıblar 

4 fevral, 15:40

Mikroplastiklər yediyimiz qidalarda, içdiyimiz suda, hətta aldığımız havada mövcuddur - TƏDQİQAT

4 fevral, 15:03

Məktəblərdə davranış problemlərinin həllində cərimələr rol oynaya bilər?

4 fevral, 14:53

Şagirdlər üçün fövqəladə hallarla bağlı təlimlər keçirilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.