Bütün xəbərlər
10 dekabr, 10:15

Lənkəran Dövlət Universitetinin (LDU) nümayəndə heyəti universitetin rektoru, prof. Natiq İbrahimov başda olmaqla dekabrın 1-6 tarixlərində  beynəlxalq təhsil əlaqələrinin genişləndirilməsi, yeni əməkdaşlıq müqavilələrinin imzalanması və gələcəkdə ikili diplom layihələrinin həyata keçirilməsi məqsədilə Macarıstan və Rumıniyaya  rəsmi səfər edib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, LDU nümayəndə heyətinin rəsmi səfəri 01-02 dekabr tarixlərində Macarıstanın Debrecen Universiteti ilə tanışlıqdan başlayıb. Səfərin ilk günü Debrecen universitetinin baş rektor müavini, rektor vəzifəsini icra edən prof. Dr. Károly Pető və Koordinasiya və Strategiya üzrə direktor Oksana Kiszil və başqaları Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov və LDU-nun nümayəndə heyəti ilə görüşüblər.

Görüş zamanı LDU ilə Debrecen universiteti arasında mövcud olan əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi və s. mövzuda geniş  diskussiya aparılıb. Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov söhbət zamanı iki universitet arasındakı yaxın əlaqələrin  iki ölkə arasında olan dostluq münasibətlərindən, qarşılıqlı əməkdaşlıqdan qaynaqlandığını  vurğulayıb. Bildirib ki, universitetlər arasındakı əlaqələrin genişləndirilməsi tələbələr üçün xaricdə təhsil imkanlarının əlçatanlığının  təmin edilməsinə  şərait yaradacaq. Prof. Natiq İbrahimov universitetlər arasında ikili diplom layihəsinin həyata keçirilməsi üçün müvafiq addımların atılmasının vacibliyini qeyd edib. 

Görüşdən sonra səfər proqramına uyğun olaraq Debrecen universitetinin iqtisadiyyat, qida mühəndisliyi, aqronomluq fakültələri ilə tanışlıq olub, universitetin maddi-texniki bazasına  baxış keçirilib. Səfərin sonunda xatirə hədiyyələri təqdim edilib. 

Xatırladaq ki, Debrecen universiteti qədim tarixə malikdir, əsası 1538-ci ildə qoyulub. Qeyd edək ki, səfər Avropa universitetləri ilə LDU arasında tədris sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, birgə tədqiqat və innovasiya layihələrinin  həyata keçirilməsi məqsədini daşıyır.Səfər zamanı keçirilən görüşlərdə əldə olunan razılaşmalar çərçivəsində Erasmus+ proqramı vasitəsilə tələbə və müəllimlər üçün Avropa universitetlərində təhsil və tədqiqat imkanlarının genişləndirilməsi, ikili diplom və ortaq tədqiqat layihələrinin həyata keçirilməsi, təhsil prosesində yeniliklərin tətbiqi istiqamətində işlər aparılması barədə razılıq əldə olunub ki, bu da  Lənkəran Dövlət Universitetinin beynəlxalq arenada nüfuzunun artması, tədrisin modernləşdirilməsi, elmi isiqamətdə inkişafı və s. üçün geniş perspektivlər  açır.

1 /3

Xəbər lenti

5 fevral, 09:45

Bakı “Avrasiya Universitetləri Sammiti”nə ev sahibliyi edəcək

5 fevral, 09:32

Ölkəmizdə ilk dəfə “Biotəhlükəsizlik və biomühafizə” fənni tədris olunacaq

5 fevral, 09:28

ETN yanında İctimai Şuranın üzvləri Təhsilin İnkişafı Fondunda olublar

5 fevral, 09:25

“ADPU 2030” Strateji inkişaf planı qəbul olunub

5 fevral, 09:19

Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar

4 fevral, 18:55

2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub 

4 fevral, 17:44

Uşaqlar rol-modellərini necə seçirlər?

4 fevral, 17:40

Uşaqları ekran qarşısından uzaqlaşdırmaq üçün “meşə məktəbləri” yanaşması 

4 fevral, 17:33

Ümumi təhsil müssisələrində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib

4 fevral, 17:21

Şirvan-Salyan regionunda 4 məktəb üçün yeni bina tikilir 

4 fevral, 17:17

Süni intellekt fundamental fizikada inqilab yarada bilər

4 fevral, 16:51

Doktorantura birpilləli olarsa, elm daha da gəncləşəcək - Mütəxəssis

4 fevral, 16:36

“Post-it” pedaqogikası 

4 fevral, 16:31

Liderlik qabiliyyətinin inkişafı şagirdlərin sosial-ictimai həyatına necə təsir edir?

4 fevral, 16:05

Məşğulluq imkanlarını artırmaq üçün tələbələrin ehtiyacı olan 5 bacarıq

4 fevral, 15:48

Nəzakət Mehdiyeva: Müəllim üçün ən yaxşı öyrənmə metodu “dərsin qeybətini etmək”dir

4 fevral, 15:43

Arxeoloqlar 1300 illik artefakt tapıblar 

4 fevral, 15:40

Mikroplastiklər yediyimiz qidalarda, içdiyimiz suda, hətta aldığımız havada mövcuddur - TƏDQİQAT

4 fevral, 15:03

Məktəblərdə davranış problemlərinin həllində cərimələr rol oynaya bilər?

4 fevral, 14:53

Şagirdlər üçün fövqəladə hallarla bağlı təlimlər keçirilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.