Bütün xəbərlər
2 dekabr, 14:42

Təhsilin İnkişafı Fondunun nümayəndə heyəti Lənkəran Dövlət Universitetində müəllim və tələbələrlə görüş keçirib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşün məqsədi Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr barəsində universitetin elmi-pedaqoji heyətinin, tələbələrinin məlumatlandırılması olub.

Lənkəran Dövlət Universitetinin rektoru, prof.Natiq İbrahimov universitetdə təhsilin modernləşdirilməsi istiqamətində son illərdə görülən çoxşaxəli işləri qonaqların diqqətinə çatdırıb. N.İbrahimov Təhsilin İnkişafı Fondunun gördüyü işləri yüksək qiymətləndirərək, Fond ilə əməkdaşlığın Lənkəran Dövlət Universiteti üçün faydalı olacağını bildirib.

Tədbirin gedişatında Təhsilin İnkişafı Fondunun fəaliyyətinə dair videoçarx izlənilib.

Təhsilin İnkişaf Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışında son illərdə Lənkəran Dövlət Universitetində aparılan dəyişikliklərin, yeniliklərin təhsil ictimaiyyətini sevindirdiyini deyib və buna görə də rektor Natiq İbrahimova, eləcə də, LDU kollektivinə öz təşəkkürünü bildirib. “TələbəPlus” layihəsi barədə təqdimatla çıxış edən E.Nəsibov tələbələrin sözügedən layihə və digər layihələrlə bağlı suallarını cavablandırıb.

Görüşün yekununda “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələri çərçivəsində birgə əməkdaşlıq müqavilələri imzalanıb.

1 /4

Xəbər lenti

5 fevral, 09:45

Bakı “Avrasiya Universitetləri Sammiti”nə ev sahibliyi edəcək

5 fevral, 09:32

Ölkəmizdə ilk dəfə “Biotəhlükəsizlik və biomühafizə” fənni tədris olunacaq

5 fevral, 09:28

ETN yanında İctimai Şuranın üzvləri Təhsilin İnkişafı Fondunda olublar

5 fevral, 09:25

“ADPU 2030” Strateji inkişaf planı qəbul olunub

5 fevral, 09:19

Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar

4 fevral, 18:55

2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub 

4 fevral, 17:44

Uşaqlar rol-modellərini necə seçirlər?

4 fevral, 17:40

Uşaqları ekran qarşısından uzaqlaşdırmaq üçün “meşə məktəbləri” yanaşması 

4 fevral, 17:33

Ümumi təhsil müssisələrində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib

4 fevral, 17:21

Şirvan-Salyan regionunda 4 məktəb üçün yeni bina tikilir 

4 fevral, 17:17

Süni intellekt fundamental fizikada inqilab yarada bilər

4 fevral, 16:51

Doktorantura birpilləli olarsa, elm daha da gəncləşəcək - Mütəxəssis

4 fevral, 16:36

“Post-it” pedaqogikası 

4 fevral, 16:31

Liderlik qabiliyyətinin inkişafı şagirdlərin sosial-ictimai həyatına necə təsir edir?

4 fevral, 16:05

Məşğulluq imkanlarını artırmaq üçün tələbələrin ehtiyacı olan 5 bacarıq

4 fevral, 15:48

Nəzakət Mehdiyeva: Müəllim üçün ən yaxşı öyrənmə metodu “dərsin qeybətini etmək”dir

4 fevral, 15:43

Arxeoloqlar 1300 illik artefakt tapıblar 

4 fevral, 15:40

Mikroplastiklər yediyimiz qidalarda, içdiyimiz suda, hətta aldığımız havada mövcuddur - TƏDQİQAT

4 fevral, 15:03

Məktəblərdə davranış problemlərinin həllində cərimələr rol oynaya bilər?

4 fevral, 14:53

Şagirdlər üçün fövqəladə hallarla bağlı təlimlər keçirilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.