Bütün xəbərlər
23 dekabr, 16:09

Lənkəran Dövlət Universitetində (LDU) “Yaşıl dünya, ətraf mühit naminə həmrəylik və inkişaf” mövzusunda respublika elmi-praktik konfrans keçirilib. 

Bu barədə “Azərbaycan müəllimi”nə LDU-dan məlumat verilib.

Bildirilib ki, onlayn və canlı formatda keçirilən konfransın plenar iclasını LDU-nun rektoru professor Natiq İbrahimov açıb. Konfransın olduqca aktual mövzuya həsr olunduğunu deyən universitet rəsmisi ölkəmizdə, həmçinin universitetdə bu istiqamətdə görülən işlərdən, həllini gözləyən məsələlərdən söz açıb. Natiq İbrahimov Türkiyə Cümhuriyyətinin Ege Universiteti və Azərbaycan Universiteti ilə bu sahədə qarşılıqlı əməkdaşlığın faydalı olacağını deyib, birgə elmi layihələrin, elmi-praktik konfransların keçirilməsinin vacibliyini vurğulayıb.

“Tarix və onun tədrisi metodikası” kafedrasının müdiri dosent Kamal Mahmudov “2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ilidir”, Türkiyə Cümhuriyyətinin Ege Universitetinin professoru Aziz Eftexari “Yeşil Nanoteknoloji: Azerbaycanın sürdürebilir geleceği”, “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının müdiri dosent Aytəkin Əfəndiyeva “Azərbaycanda “Yaşıl iqtisadiyyat”ın inkişaf perspektivləri, dosent Qorxmaz Ağayev “Ətraf mühit naminə həmrəylik, onu şərtləndirən faktorlar və qlobal aspektlər” mövzularında məruzə ediblər. Azərbaycan Universitetinin Elmi işlər üzrə prorektoru Yusif Qasımov məruzə ətrafında çıxış edərək təmsil etdiyi universitetdə bu istiqamətdə görülən işlərdən danışıb.

Plenar iclasda LDU-nun Baş elmi katibi Allahşükür Quliyev Türkiyə Cümhuriyyətinin Ege Universitetinin professoru Aziz Eftexariyə Lənkəran Dövlət Universitetinin fəxri professoru adının verildiyini elan edib. Aziz Eftexariyə fəxri professor plaketini LDU-nun rektoru Natiq İbrahimov təqdim edib.

Plenar iclasdan sonra konfrans işini Humanitar elmlər, Təbiət və riyaziyyat elmləri, Aqrar və iqtisadiyyat elmləri bölmələrində davam etdirib. Bölmə iclaslarında 200-ə yaxın tezis dinlənilib.

Xəbər lenti

5 fevral, 09:45

Bakı “Avrasiya Universitetləri Sammiti”nə ev sahibliyi edəcək

5 fevral, 09:32

Ölkəmizdə ilk dəfə “Biotəhlükəsizlik və biomühafizə” fənni tədris olunacaq

5 fevral, 09:28

ETN yanında İctimai Şuranın üzvləri Təhsilin İnkişafı Fondunda olublar

5 fevral, 09:25

“ADPU 2030” Strateji inkişaf planı qəbul olunub

5 fevral, 09:19

Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar

4 fevral, 18:55

2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub 

4 fevral, 17:44

Uşaqlar rol-modellərini necə seçirlər?

4 fevral, 17:40

Uşaqları ekran qarşısından uzaqlaşdırmaq üçün “meşə məktəbləri” yanaşması 

4 fevral, 17:33

Ümumi təhsil müssisələrində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib

4 fevral, 17:21

Şirvan-Salyan regionunda 4 məktəb üçün yeni bina tikilir 

4 fevral, 17:17

Süni intellekt fundamental fizikada inqilab yarada bilər

4 fevral, 16:51

Doktorantura birpilləli olarsa, elm daha da gəncləşəcək - Mütəxəssis

4 fevral, 16:36

“Post-it” pedaqogikası 

4 fevral, 16:31

Liderlik qabiliyyətinin inkişafı şagirdlərin sosial-ictimai həyatına necə təsir edir?

4 fevral, 16:05

Məşğulluq imkanlarını artırmaq üçün tələbələrin ehtiyacı olan 5 bacarıq

4 fevral, 15:48

Nəzakət Mehdiyeva: Müəllim üçün ən yaxşı öyrənmə metodu “dərsin qeybətini etmək”dir

4 fevral, 15:43

Arxeoloqlar 1300 illik artefakt tapıblar 

4 fevral, 15:40

Mikroplastiklər yediyimiz qidalarda, içdiyimiz suda, hətta aldığımız havada mövcuddur - TƏDQİQAT

4 fevral, 15:03

Məktəblərdə davranış problemlərinin həllində cərimələr rol oynaya bilər?

4 fevral, 14:53

Şagirdlər üçün fövqəladə hallarla bağlı təlimlər keçirilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.